Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə olunur.

Məruzənin müzakirəsi parlamentin bugünkü plenar iclasının gündəliyinə daxil edilib.

Sənədi ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edir.

Qeyd olunub ki, ötən il bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılması məsələləri daim diqqət mərkəzində olub, dövlət büdcəsindən bələdiyyələrə dotasiya və subvensiya ayrılmaqla göstərilən maliyyə dəstəyinin məbləği artırılaraq ilk dəfə 7 milyon manatı ötüb. Azərbaycanın builki dövlət büdcəsində bu məqsəd üçün 8 milyon manatdan çox vəsait nəzərdə tutulub.

İstinadlar Report