Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin mayın 20-də keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatı müzakirəyə çıxarılıb.

Yığıncaqda Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, deputatlar və digər rəsmilər iştirak edirlər.

Qeyd olunub ki, hesabat “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanunun 20‐ci maddəsinə uyğun olaraq ötən il Azərbaycanda bu sahədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri üzrə beynəlxalq öhdəliklərin yerinə yetirilməsi ilə bağlı görülmüş işləri və əvvəlki illərlə müqayisədə irəliləyişlərin dinamikasını özündə əks etdirir.

Məlumat hazırlanarkən 62 mərkəzi, 76 yerli icra hakimiyyəti orqanlarının, Naxçıvan Muxtar Respublikasının mərkəzi qurumlarının və yerli icra hakimiyyəti orqanlarının, bir sıra qeyri-hökumət təşkilatlarının məlumatlarından istifadə edilib.

İstinadlar Report