Azərbaycan Milli Məclisi Parlamentlərarası İttifaqla birgə COP29 çərçivəsində parlament görüşü təşkil etməyi planlaşdırır.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova Minsk şəhərində Belarus Dövlət Universitetində professor-müəllim heyəti və tələbələri qarşısında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, görüş barədə təşəbbüs Parlamentlərarası İttifaq tərəfindən irəli sürülüb.