Milli Məclis dənizçilik sahəsində xidmətlərə görə yeni rüsumlari I oxunuşda təsdiqləyib.

Bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi parlamentin dekabrın 8-də keçirilən iclasında ı oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə qanuna yeni maddələr əlavə edilir.

Yeni maddələrə əsasən, gəmi tarixinin fasiləsiz qeydlər sənədinin verilməsinə, dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən təlim-tədris mərkəzlərinə, habelə fiziki və hüquqi şəxslərə onların fəaliyyətinin beynəlxalq konvensiyaların tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsinə görə 65 manat rüsum ödəniləcək.

İstinadlar Report