Cenevrə şəhərində Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının (GANHRI) gender bərabərliyinə həsr olunmuş illik konfransı keçirilib.

Konfransda Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin (CEDAW) üzvü Elgün Səfərov video müraciətlə çıxış edib.

E.Səfərov dünyada baş verən münaqişələrin qadın hüquqlarının təmininə ciddi təsir göstərdiyini bildirib. O çıxışında müharibələr nəticəsində minalardan əziyyət çəkmiş mülki əhali, əsir və itkin düşmüş insanlar, xüsusilə qadın və uşaqların taleyindən bəhs edib. Eyni zamanda Dayanıqlı İnkişaf Məqsədləri, gender bərabərliyinin təmin edilməsi və insan hüquqlarının vacibliyindən danışıb.

İstinadlar Report