Müğənni Demet Akalın ötən gün İstanbulun Ataşehir rayonundakı mərkəzlərdən birində konsert proqramı ilə çıxış edib

Konsert öncəsi jurnalistlərin suallarını cavablandıran müğənni son zamanlar gündəmdə olan sosial media fenomeni Kerimcan Durmaz haqda da danışıb.
Bir müddət əvvəl səhnəyə çıxarkən bir qrup insan tərəfindən hücuma məruz qalan Kerimcan barədə Demet bildirib:
“Millətimiz çox qazanan insanları sevmir. Bu qədər mal-mülk düşməni olmayaq. İnsanların cinsi seçimlərinə də hörmət edək. Onu təmiz qəlbli biri olduğu üçün çox istəyirəm”.
Qeyd edək ki, ifaçı yeganə adam deyil ki, Durmazın müdafiəsinə qalxır. Bundan əvvəl bir sıra məşhurlar da ona dəstək nümayiş etdirmişdilər.