YAP-ın Yasamal Rayon Təşkilatı və Yasamal Bələdiyyəsi Qurban Bayramı münasibətilə aksiya təşkil edib.

Millət vəkili Elnur Allahverdiyev bu barədə feysbuk hesabında paylaşım edib.

Deputat qeyd edib ki, sosial aksiya çərçivəsində könüllülər və komanda üzvləri ərazi üzrə seçki dairəsinin 1026 ailəsinə baş çəkərək, bayram payı çatdırıblar:

 “Nə qədər ki, həmrəyik, bütün işlərimiz rəvan olacaq. Necə ki, dövlətimiz, Prezidentimiz və xalqımızın birliyi qarşımızda duran tarixi məqsəd – ərazi bütövlüyümüzün təmin edilməsinə yol açdı.

Allah kəsilən bütün qurbanları qəbul etsin! Gücümüz birliyimizdədir!”