Bu gün millət vəkili, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin doğum günüdür.

Millət vəkili özü üçün özəl günə təsadüf edən Azərbaycanın görkəmli mütəfəkkiri Mirzə Fətəli Axundzadənin doğum gününü yad edib. C.Feyziyev Facebook səhifəsinə bu sözləri yazıb:

– 1812- ci ilin bu günündə – 12 iyulda Mirzə Fətəli Axundzadə Şəkidə dünyaya gəlib. Tarixin yeni dövründə ilk dəfə milli ideya toxumlarını şüurlara səpən məhz millətimizin ən böyük düha sahiblərindən biri Mirzə Fətəli Axundzadə olub. Bu toxumlar cücərib böyük milli maarifçilər hərəkatını doğurub. Mirzə Fətəli ruhunda yetişən Maarifçilər pleyadasının ən parlaq nümayəndələri isə onun milli ideyasını milli ideologiya səviyyəsinə yüksəldərək milli istiqlal mübarizəsinə qalxdılar və türk dünyasının ilk milli respublikasını yaratdılar. Milli varlığımızın təsdiqinin çıxış və başlanğıc nöqtəsi, ilhamverici və istiqamət verici mənbəyi – Mirzə Fətəli Axundzadə. Allah Rəhmət eləsin, ruhu şad olsun! Onu daim xatırlamaq bütün türk dünyasının mənəvi borcudur.