Milli Məclisin YAP-çı deputatı Anar Məmmədov 44 günlük Vətən müharibəsi qazisi Nəsirov Elmar Elmir oğlunu Gəncə Beynəlxalq Hava Limanında qarşılayıb.

Qarşılama mərasimində Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayon ağsaqqalları və ziyalıları, qazinin döyüş yoldaşları və ailə üzvləri iştirak edib. 

Bu gün Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyəyə göndərilən qazimiz, Goranboy rayonu Borsunlu kənd sakini Nəsirov Elmar Elmir oğlu əməliyyat olunaraq vətənə qayıdıb. Onun qarşıdakı günlərdə müalicəsi üçün yenidən Türkiyəyə gedəcəyi gözlənilir.

Qeyd edək ki, Türkiyədə müalicə və reabilitasiya prosesini keçən qazimizin bütün xərcləri “YAŞAT” Fondu tərəfindən ödənilib.

Qarşılama mərasimindən sonra icra başçısı və millət vəkili rayon ağsaqqalları və qaziləri ilə birgə Şəhidlər xiyabanını ziyarət edib.





İstinadlar Qafqazinfo