ABŞ İrana qarşı birtərəfli sanksiyaları sərtləşdirməyi nəzərdən keçirir.

Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

“Biz sanksiyaları sərtləşdirmək, lazım gələrsə, İrana qarşı yeni sanksiyalar tətbiq etmək yollarını axtarmağa davam edirik”, – Miller bildirib.

O İran hakimiyyətinə işarə edərək, lazım gələrsə, onların məsuliyyətə cəlb olunacağını vurğulayıb.

İstinadlar Report