Milad yolkası bazar ertəsi ABŞ Prezidentinin Vaşinqtondakı iqamətgahına çatdırılıb.

O, ənənəyə görə, at arabasında gətirilib.

Ağ Evdə qarşıdan gələn bayramın əsas simvolunu ABŞ-ın birinci xanımı Cil Bayden qarşılayıb. “(Bu-red) ağac çox xoşuma gəlir”, – o deyib.

Bu il Ağ Evdəki Milad yolkasının “funksiyalarını” Milad Yolkası İstehsalçıları Milli Assosiasiyasının 2019-cu ildə keçirilmiş müsabiqəsinin qalibi olmuş 20 yaşlı küknar yerinə yetirəcək.. Hündürlüyü 5,5 metrdən çox olan ağac Şiler ailəsinin fermasında böyüdüyü Pensilvaniyadan Vaşinqtona gətirilib.

İstinadlar Report