Mikroavtobus ağaca çırpıldı, 8 nəfər xəsarət aldı – Video

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 45-ci kilometrliyində, İsmayıllı rayonunun Topçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes-Vito” markalı avtomobilin sürücüsü, Şəki rayon sakini Elton Yusifovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü və avtomobildə olan 7 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
***
FHN-dən bildirilib ki, bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu ərazisində, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 45-ci kilometrliyində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1986-cı il təvəllüdlü Yusifov Eltun Yaşar oğlunun idarə etdiyi “Mercedes-Benz VITO” markalı mikroavtobusun idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində yol qəza hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla avtomobildə sıxılmış vəziyyətdə qalan və müxtəlif bədən xəsarətləri alan sürücü E.Y.Yusifov xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Mehriban Əliyevanın göstərişi ilə göndərilən yardım Qaziantepə çatıb – Video

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, qardaş Türkiyədə zəlzələ qurbanlarına humanitar yardım aparan xüsusi təyyarə Qaziantep hava limanına çatıb.
Yük təyyarəsi faciədən zərərçəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən göndərilən 36 ton humanitar yardımı aparıb.
Fondun əməkdaşı Elvin Aslanov bildirib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən yardımlar davam etdiriləcək: “Azərbaycanda türkiyəli qardaşlarımıza çox böyük dəstək var. Hazırda gətirilən humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və digər tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir. Bu, ilkin yardımlardır. Növbəti mərhələdə yardımların gətirilməsi davam edəcək. “.
Ətraflı videomaterialda:
FHN-in xilasediciləri 37 nəfəri dağıntılar altından sağ çıxarıb – VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 8-i uşaq olmaqla 37 nəfəri sağ, 145 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.
Azərbaycanlılar 27 canı belə xilas etdi – Video

Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin Türkiyənin zəlzələ bölgələrində axtarış əməliyyatları davam edir.
Azərbaycanlı xilasedicilər dağıntılar altından 5-i uşaq olmaqla, 27 nəfəri çıxarıblar.
Hazırda ərazidə axtarış-xilasetmə işləri davam edir.
Daha ətraflı “Haber Global”ın hazırladığı süjetdə:
69 saata çıxarılan möcüzənin adı “Ali” – Video

Kahramanmaraşda dağıntılar altında qalan 27 yaşlı Ali adlı şəxsi axtarış-xilasetmə qrupu xilas edib.
O, çökən 7 mərtəbəli yaşayış binasının dağıntılarından 69 saat sonra çıxarılıb.
Xilasetmə görüntülərini təqdim edirik:
“Hər qurtarılan can elə bil ki, bizə bir dünyanı bağışlayır” – Prezident+Video

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Türkiyənin ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib.
“Qafqazinfo” həmin görüşün videosunu təqdim edir:
RİİB-in yardım kampaniyasında izdiham – Fotolar+Video

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) Türkiyədə zəlzələ bölgəsinə humanitar yardım kampaniyasına start verib.
Bakı İdman Sarayında (Neftçilər prospekti) təşkil olunan yardım aksiyasında günün ilk saatlarından izdiham müşahidə olunub. Təkcə Bakıdan deyil, Azərbaycanın müxtəlif bölgələrindən olan vətəndaşlar aksiyaya qatılaraq çoxsaylı əşya və ləvazimat gətiriblər.
RİİB könüllüləri həmin ləvazimatların içəri daşınması və seçilib komplektləşdirilməsində fəal iştirak ediblər.
Heydər Əliyev Fondunun nümayəndəsi Cəmil Əliyev bildirib ki, Fondun “Regional İnkişaf” İctimai Birliyi bu aksiyanı Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan vətəndaşlarına çağırışına dəstək olaraq həyata keçirilir.
“Sanitar-epidemioloji şərtlərdən irəli gələrək virus yayılma riskini artırdığına görə əhalidən ikinci əl geyim və əşyalardan ibarət yardım göndərməməsi təkidlə xahiş olunur. Eyni zamanda, qida təhlükəsizliyinin önəmi nəzərə alınaraq qida məhsullarının humanitar yardım çərçivəsində qəbul edilməyəcəyi nəzərə alınmalıdır. Yardım kampaniyasının fevralın 14-nə qədər davam etməsi nəzərdə tutulub. Səhər 11-dən axşam 8-ə kimi vətəndaşlar yaxınlaşıb öz ianələrini edə bilərlər”.
RİİB yardım kampaniyasında fəal iştirakına görə vətəndaşlara təşəkkür edib.
Narkotikə görə daha 13 nəfər saxlanılıb – VİDEO

Narkotiklərin qanunsuz dövriyyəsini və satışını həyata keçirən daha 13 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində – Cəlil Məmmədquluzadə, Naxçıvanı, Asəf Zeynallı və Namiq Məlikov küçələrində növbəti əməliyyatlar keçirilib. Tədbir zamanı qeyd edilən ünvanlarda narkotiklərin qanunsuz dövriyyəsini və satışını həyata keçirən daha 13 nəfər saxlanılıb.
Həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin, tiryək, metamfetamin və satışı qadağan olunan psixotrop tərkibli həblər aşkar edilib. Saxlanılanlar narkotik vasitələri şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Əməliyyat nəticəsində tutulan şəxslərdən bəzilərinin gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği ilə məşğul olduqları da müəyyən edilib.
Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Səbinə Kətanova video yaydı – “Piyada pul istəyirdi”

Avtomobillə piyadanı vurub qaçmaqda ittiham edilən bloqer Səbinə Kətanova hadisənin görüntülərini paylaşıb.
“Qafqazinfo”ya açıqlama verən S.Kətanova onun barəsində tamamilə əsassız iddia səbəbindən cinayət işi açıldığını bildirib.
Görüntülərdən S.Kətanovanın avtomobilinin piyadaya xəsarət yetirmədiyi, sürücünün maşını yolun kənarına çəkərək xəsarət aldığını iddia edən piyada R. Ç. ilə söhbət etməsi məlum olur.
S.Kətanovanın sözlərinə görə, piyada daha sonra şikayətini geri götürüb: “Nərimanov rayonu ərazisində avtomobillə hərəkətdə olan zaman işıqforun qırmızı işığının yanmasını görüb digər avtomobillər kimi maşını dayandırdım. Yaşıl işıq yananda – mən hərəkətə başlayanda anidən bir nəfərin maşının qarşısına qaçdığını görüb dayandırdım. Həmin adam yolu keçmədi, maşın da ona dəymədi. Qayıdıb qolunu maşının sol güzgüsünə vurub güzgünü əydi. Ona dedim, “siz neynirsiz belə?”, o da qayıtdı ki, “siz məni vurdunuz”. Dedim axı sizi vurmamışam, siz qəsdən gəlib maşına toxundunuz”.
Barəsində cinayət işi açılan bloqer iddia edib ki, həmin şəxs ondan marketə gedib ərzaq almasını və ona pul verməsini tələb edib: “Həmin adama dedim, “məni tanıyırsınız”? Dedi, “hə, instaqramdan tanıyıram, Səbinə Kətanovasınız”. Məndən pul istəsə də, imtina etdim, dedim sizə niyə pul verməliyəm ki? Bu hadisə planlaşdırılmış şəkildə edilib. Daha əvvəl çox görmüşük, qəsdən maşının qarşısına çıxıb pul alanları. Bu da onlardan biri…”
S.Kətanova əlavə edib ki, piyada bundan sonra onun barəsində polisə şikayət edib: “2021-ci ildən bu iş üzrə məhkəmə gedir. Həmin piyada məhkəmədə də etiraf etdi ki, qolundakı xəsarəti avtomobil vurmasına görə yox, idman zalında alıb. Lakin bütün bunlara baxmayaraq mənə bəraət verilmir”.
Qeyd edək ki, S.Kətanova barəsində Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Hazırda işə Nərimanov Rayon Məhkəməsində baxılır. R.Ç. iş üzrə zərərçəkmiş şəxs kimi tanınıb.
Xilasedicilərimiz 26 nəfəri dağıntılardan sağ qurtardı – Video

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Bu FHN-dən məlumat verilib.
Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 5-i uşaq olmaqla 26 nəfəri sağ, 47 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Qeyd edək ki, əməliyyatlarda FHN-in xüsusi təlim görmüş xilasetmə itləri də tətbiq olunur.
Bildirilib ki, axtarış-xilasetmə əməliyyatlarının gedişi barədə əlavə məlumat veriləcək.
Zaqatalada enerji mənbəyinə qoşulan telefon partladı – Video

Zaqatalada mobil telefon enerji mənbəyinə qoşulan zaman partlayıb.
Hadisə rayon ərazisində fəaliyyət göstərən mobil telefon təmiri mağazalarından birində baş verib.
Belə ki, rayon sakinlərindən biri mobil cihazının batariyası şişdiyi üçün onu ustaya gətirib. Usta Ramiz Hüseynov isə telefonu piştaxtaya yerləşdirib. Bir qədər sonra isə bu hadisə qeydə alınıb.
Ramiz Hüseynovun sözlərinə görə, baş verə biləcək faciənin qarşısını telefonun kənarda olması alıb: “Əlimizin altında olsaydı əlimiz, üzümüz yanmış olardı. Çünki daha əvvəl belə hadisə başqa ustaların başına gəlib və əlləri yanıb”.
Hadisənin videosunu təqdim edirik:
Balaəli mağazaya getmək üçün avtobusun yolunu kəsdi – Video

Məşhur meyxanaçı Balaəli Maştağalının yol hərəkəti qaydalarını pozmasına dair görüntülər yayılıb.
Görüntülərdə onun “Range Rover” markalı avtomobili yolun hərəkət hissəsində saxlayaraq mağazaya getdiyi, arxada gələn avtobusa maneə törətdiyi görünür. Məlumata görə, hadisə Qara Qarayev prospektində olub. Onun bu hərəkəti sosial şəbəkədə qınaq obyektinə çevrilib.
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli “Qafqazinfo”ya bildirib ki, meyxanaçının bu hərəkəti məsuliyyətsizlikdir: “Cəmiyyətdə tanınan şəxslər nümunəvi hərəkət etməlidir ki, digər insanlara məsuliyyətli olmağı aşılasın. Avtobusda gözləyənlər də insandır, onu yersiz gözlətdirən də. Qanun isə hamıya bərabər hüquqlar verib. Bu əmələ görə 20 manat cərimə nəzərdə tutulub. Bəlkə də Baləli üçün bu elə də böyük məbləğ deyil. Amma azı 80 adamı yolda gözlətmək və arxada sıxlıq yaratmaq, kimlərinsə həyatını çətinləşdirmək isə cərimə ilə yox, ictimai məsuliyyətlə ödəniləcək mənəvi öhdəlikdir”.
Polis mayoru bu kimi hadisələrin Bakıda adətən restoranların qarşısında yaşandığını bildirib: “Restoranların qarşısında bahalı avtomobillər gəlib qanunsuz parklanma edir. Polis əməkdaşları onları qeydə alıb protokol tərtib edəndə isə, “20 manatdır da, çəkirsən çək” deyir. Təbii ki, bu arzuolunmaz haldır, cəmiyyətin sosial cəhətdən aşağı təbəqəsini qıcıqlandırmaqdır”.
Amin Nəzərli
Kərim Vəliyev hərbi hissələrin xidməti-döyüş fəaliyyətini yoxladı – Video

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bir neçə hərbi hissədə xidməti-döyüş fəaliyyətini, qoşun xidməti və döyüş növbətçiliyinin təşkilini yoxlayıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbi hissələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması üçün burada bütün zəruri infrastruktur yaradılıb.
Döyüş mövqelərində olan Baş Qərargah rəisinə əməliyyat şəraiti məruzə olunub. Qeyd edilib ki, Qarabağ iqtisadi rayonunda döyüş növbətçiliyi müasir texniki avadanlıqla təchiz olunmuş növbətçi qüvvə və vasitələrlə aparılır, qarşı tərəf fasiləsiz müşahidə edilir.
Baş Qərargah rəisi döyüş növbətçiliyinin daha keyfiyyətli təşkili və aparılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.
FHN-in xilasediciləri tərəfindən 16 nəfər dağıntılar altından sağ çıxarılıb – VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Bu barədə FHN-dən məlumat verilib.
Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 3-ü uşaq olmaqla 16 nəfəri sağ, 29 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.
İskenderun limanında yanğın gücləndi – Video

Türkiyənin İskenderun limanındakı yanğın davam edir.
Hatay şəhərinin İskenderun rayonunda ötən gün zəlzələ nəticəsində aşan konteynerlərdə başlamış yanğın hələ də söndürülməyib.
Kahramanmaraşda ən riskli yerlərə daxil olan Azərbaycanın xilasediciləri – VİDEO

Türkiyədə baş vermiş zəlzələdən iki gün ötür.
Təbii fəlakətlə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) 420 əməkdaşı fevralın 7-də axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib.
Belə ki, Azərbaycanın xilasediciləri Kahramanmaraş şəhərində qruplar şəkilində axtarış işlərinə qoşulub. FHN əməkdaşları daha çox şəhərin Hayrullah məhləsi, Azərbaycan bulvarı küçəsindəki binaların dağıntılar altında qalmış insanların axtarış-xilasetmə işlərini həyata keçiriblər.
Hazırda da Azərbaycanın xilasediciləri dağıntıların dərinliklərinə, ən riskli yerlərə daxil olaraq orada qalmış insanların canlı və cansız bədənlərini çıxarırlar.
Eyni zamanda əməliyyatlara FHN-in xüsusi təlim keçmiş itləri də cəlb edilib. Onlar da dağıntılar altında qalmış şəxslərin tez bir zamanda aşkarlanmasında köməklik edirlər.
Gün ərzində FHN-in əməkdaşları dağıntılar altından 11 sağ insan, 20-yə yaxın isə meyit çıxararaq aidiyyəti üzrə təhvil verib.
Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.
25 min manatlıq elektrik avadanlıqları oğurlayan şəxs saxlanıldı – VİDEO

Xətai rayonunda yerləşən dövlətin balansında olan transfarmator məntəqələrindən birindən oğurluq edilib.
DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, naməlum şəxs məntəqənin qapısını qıraraq oradan gərginlik və cərəyan transfarmatorlarını oğurlayıb. Hadisə nəticəsində dövlət əhəmiyyətli elektrik xətlərinə ciddi ziyan vurulub. Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Dəyanət Kərimli saxlanılıb.
Aparılan araşdırmalar zamanı həmin şəxsin Qaradağ rayonu Lökbatan qəsəbəsində də iki yerdən transfarmator məntəqələrinə qanunsuz daxil olaraq oradan oğurluqlar etdiyi məlum olub.
Qeyd edək ki, Dəyanət Kərimli etdiyi oğurluqlar nəticəsində dövlət qurumuna 25 min manata yaxın maddi ziyan vurub. Faktlarla bağlı toplanan materiallar Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Dəyanət Kərimli barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Həmçinin baxın
Mehriban Əliyevanın göstərişi ilə göndərilən yardım Qaziantepə çatıb – Video
“Hər qurtarılan can elə bil ki, bizə bir dünyanı bağışlayır” – Prezident+Video
Kərim Vəliyev hərbi hissələrin xidməti-döyüş fəaliyyətini yoxladı – Video
FHN-in xilasediciləri tərəfindən 16 nəfər dağıntılar altından sağ çıxarılıb – VİDEO
Kahramanmaraşda ən riskli yerlərə daxil olan Azərbaycanın xilasediciləri – VİDEO
25 min manatlıq elektrik avadanlıqları oğurlayan şəxs saxlanıldı – VİDEO
Binəqədidə içməli sudan sayğacdankənar istifadə halları aşkarlanıb – VİDEO
FHN-in xilasetmə qüvvələri Türkiyədə axtarış-xilasetmə əməliyyatlarına başlayıb – VİDEO
Azərbaycan Ordusunun bölmələrinə həyəcan siqnalı verilib, döyüş qabiliyyəti yoxlanılıb – VİDEO
“Azəriqaz”ın rəhbər şəxsləri abonent müraciətinin icrasını özləri icra etdi – Video
Bizi Facebook-da izləyirsiniz?
Bağla