15 oktyabrda Müşfiqabad qəsəbəsində yerləşən Mikayıl Müşfiqin abidəsinin və adını daşıyan parkın açılışı olub.

Müşfiqabad qəsəbəsində təxminən 30 il əvvəl qoyulmuş müasir tələblərə və standartlara cavab verməyən büst, bu gün ağ mərmərdən olan və Mikayıl Müşfiqin özünə yaraşan yeni büstlə əvəz olunub, parkda isə abadlıq və yenidənqurma işləri aparılıb. Şairin adını daşıyan parkın sahəsi xeyli genişləndirilib və şairin yeni tərtibatda abidəsi qoyulub.

Abidənin açılış tədbirində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli məclisin deputatı Mixail Zabelin, Milli məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov, tanınmış alimlər, incəsənət xadimləri, Mikayıl Müşfiqin qohumları, qəsəbə sakinləri və digər qonaqlar iştirak ediblər. Süleyman Mikayılov Mikayıl Müşfiqin Azərbaycan poeziyasında, Azərbaycan dilinin inkişafında böyük rol oynamış şairlərimizdən biri olduğunu söyləyib. Daha sonra qeyd edib ki, açılış tədbiri 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi günü ərəfəsinə təsadüf edir.

Oxumağa dəyər:   Mehriban Əliyevadan Azərbaycan xalqına - Təbrik

Xalq artisti Nürəddin Mehdixanlı Mikayıl Müşfiqə həsr etdiyi şeirini söyləyib, Xalq artisti Zaur Rzayev “Oxu tar” mahnısını ifa edib. Müşfiqabad qəsəbəsində yerləşən 274 nömrəli tam orta məktəbin şagirdləri Mikayıl Müşfiqin şerlərini söyləyiblər.

Sonda xatirə şəkli çəkilib.