İsmayıllı rayonunda “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin yeni istehsal müəssisəsinin yaradılması bölgənin sosial-iqtisadi inkişafına töhfə verəcək.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov şirkətin yeni istehsal müəssisəsinin təməlqoyma mərasimdə çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, müəssisənin yaradılması 100 yeni iş yeri ilə məhdudlaşmır: “O cümlədən burada ekosistem formalaşdırılır. Müasir istehsalda çalışanların bilik və bacarıqları böyük töhfədir. Sərmayə iqtisadi fəallığı da canlandırır”.

İstinadlar Report