
Azərbaycanın İsraildə səfirliyinin fəaliyyətə başlaması iki ölkə arasında əlaqələrin gücləndirilməsinə mühüm töhfələr verəcək.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Tviter” hesabında yazıb.
“Dostluq və qarşılıqlı etimad kimi möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-İsrail münasibətləri birgə təşəbbüslərlə daha da zənginləşir”,- nazir qeyd edib.
Dostluq və qarşılıqlı etimad kimi möhkəm təməllər üzərində qurulmuş #Azərbaycan-#İsrail münasibətləri birgə təşəbbüslərlə daha da zənginləşir. Azərbaycanın İsraildə səfirliyinin fəaliyyətə başlaması ölkələrimiz arasında əlaqələrin gücləndirilməsinə mühüm töhfələr verəcək.
Azərbaycan24 sosial şəbəkələrdə
İstinadlar Report