“PowerChina Group” şirkəti ilə enerji əməkdaşlığı və bərpa olunan enerji sahəsində birgə layihələrin həyata keçirilməsi haqqında fikir mübadiləsi aparılıb.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin “PowerChina Group” şirkətinin prezidenti Vanq Bin ilə görüşüb. 

Görüşdə bildirilib ki, Azərbaycanın enerji sektoruna investorların cəlb edilməsi, bərpa olunan enerjinin səmərəliliyinin, alternativ enerji mənbələrinin enerji sektorunda payının artırılması ölkənin iqtisadi inkişaf strategiyasında vacib məsələlərdəndir.

İstinadlar Report