“Microsoft” korporasiyasının “Exchange Server” proqram təminatında aşkar edilmiş boşluğa görə ABŞ-da 20 mindən çox təşkilat haker hücumuna məruz qala bilər. Bu haqda “Reuters” agentliyi məlumat verib.

Agentliyin məlumatına görə, “Exchange Server” proqram təminatındakı boşluq genişmiqyaslı rəqəmli casus kampaniyalarının keçirilməsi məqsədilə istifadə oluna bilər.

Bundan əvvəl “Microsoft” korporasiyası ABŞ-da bir sıra özəl şirkətlərin “Exchange Server” proqram təminatı üzərindən haker hücumuna məruz qalması ehtimalına görə sözügedən proqram təminatı üçün yeniləmə təqdim etmişdi.

İstinadlar ict news