Microsoft şirkəti “Windows” əməliyyat sisteminin müxtəlif versiyaları və başqa məhsullarında 88 boşluğu aradan qaldıran planlaşdırılmış yenilənmə paketi çıxarıb.

Həmin boşluqlardan 21-i “kritik”, 66-sı “vacib” və 1-i isə “orta təhlükə dərəcəsinə” malik kimi qiymətləndirilib.

Kritik statusa malik boşluqlar “Microsoft Edge” brauzerində “Chakra Scripting Engine” (9 boşluq) mühərrikini, “Microsoft Scripting Engine” (4), “Hyper-V” (3), “Microsoft Speech API” texnologiyalarını, həmçinin “Edge” və “Internet Explorer” brauzerlərini əhatə edir.

Emil Hüseynov

İstinadlar ict news