Koronavirus pandemiyası dövründə videoəlaqə qurmağa imkan verən xidmətlərin populyarlığı xeyli artıb. Bir çox şirkətlər öz yeni proqramlarını təqdim ediblər, yaxud mövcud olan proqramlarını optimallaşdırıblar. “Windows 10” sisteminin növbəti beta-versiyasında “Meet Now” adlı yeni seçim əlçatan olub. Bu seçim artıq insayder mühitində “Zoom”un “qatili” adlandırılır.

Əməliyyat sisteminin 20211 nömrəli test quraşdırmasında “Meet Now” videokonfranslar xidməti kliyenti əlçatan olub. Yeni funksiyanın özəlliyi odur ki, qrup şəklində əlaqə yaratmaq üçün hesab yaratmağa ehtiyac yoxdur.

Əlaqə yaratmaq üçün tapşırıqlar panelində yerləşən bildirişlərdəki düymənin köməyi ilə ümumi giriş üçün link yaratmaq kifayət edir. Dəvət göndərilmiş istifadəçilər “Skype”ın masaüstü kliyentində və ya “Edge” brauzerində onun veb-versiyasında dialoq pəncərəsi aça bilərlər.

Şəxsi kabinetin yoxluğuna baxmayaraq, videokonfrans iştirakçıları “Skype”ın bütün xüsusiyyətlərinə giriş imkanına malik olacaqlar. “Meet Now” xidmətinin ilk növbədə korporativ mühitdə populyar olacağı gözlənilir, çünki bu mühitdə istifadəçilərin videozənglər üçün başqa proqramlardan (məsələn, Facebook Messenger və ya WhatsApp) istifadə etmək imkanı yoxdur.

Emil Hüseynov

İstinadlar ict news