“Microsoft” korporasiyası 10 dekabr 2019-cu ildən sonra “Windows 10 Mobile” sisteminin idarəetməsi altında işləyən smartfonlar üçün yeniləmələrin çıxarılmasını və dəstəyin dayandırılacağını elan edib.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.”Windows 10 Mobile” sistemi üçün dəstəyin dayandırılmasından sonra smartfonlar işləyəcək, amma yeniləmələr ala bilməyəcək və təhlükəsizliklə bağlı problemlər mümkündür. Bundan başqa, bir çox kənar proqramlar, həmçinin artıq yenilənmir, ona görə bir çox xidmətlər problemlə işləyə bilər. Ehtiyat surətdən bərpa və şəkillərin yüklənməsi funksiyası 2020-ci ilədək işləyəcək.

Şirkət “Windows 10 Mobile” istifadəçilərinə “iOS” və ya “Android” sistemlərinə keçməyi tövsiyə edir.

İstinadlar ict news