“Microsoft” korporasiyasının portfoliosuna yalnız “Windows” əməliyyat sistemi və “Office” paketi daxil deyil. ABŞ şirkətinin hazırlamalarından biri “AV-Test” mütəxəssisləri tərəfindən bazarda ən yaxşılardan biri kimi tanınmış antivirusdur. Korporasiya tezliklə “Android” və “iOS” mobil əməliyyat sistemlərinin idarəetməsi altında işləyən qurğular üçün sözügedən antivirusun mobil versiyasını təqdim edəcək.

ABŞ şirkəti mobil əməliyyat sistemləri üçün “Defender Advanced Threat Protection” adlı proqram həllini hazırladığını elan edib. Sözügedən proqram təminatı təhlükəli səhifələrin yüklənməsinin qarşısının alınması və cihazların fişinq hücumlarından qorunması kimi funksiyalara malik olacaq. “Microsoft”un vitse-prezidenti Rob Lefters deyib ki, “Android və iOS sistemləri kifayət qədər təhlükəsizdir, amma bu platformalar üçün zərərverici proqramlar həqiqətən mövcuddur”.

Emil Hüseynov

İstinadlar ict news