“Microsoft” korporasiyası bir neçə il mobil qurğuların istifadəçilərinə öz sənəd, cədvəl və təqdimatlarını 3 müxtəlif tətbiq vasitəsilə redaktə etmək imkanı yaratmışdı. Amma indi şirkət həmin tətbiqləri “Microsoft Office” adlı ümumi ofis paketində birləşdirməyə dair qərar verib. Sözügedən proqram artıq “Google Play” proqramlar mağazasında əlçatandır.

Şirkət standart proqramlardan əlavə “OneDrive” bulud sisteminin qoşulması, həmçinin PDF fayllarını skan etmə və imzalamaq üçün əlavə utilitlər də təqdim edib.

“Microsoft Office”in mobil versiyasına faylların sürətli paylaşımı üçün bir neçə yeni funksiya və QR kod skaneri əlavə edilib.

Emil Hüseynov

İstinadlar ict news