“Microsoft” şirkəti ofis əməkdaşları üçün nəzərdə tutulmuş böyükölçülü “Surface Hub 2” kompüter-monoblokunun ikinci nəslini təqdim edib. “Ağıllı” ağ lövhə müşavirə və təqdimatların keçirilməsi üçün nəzərdə tutulub: lövhə 4K təsvir ölçülü 85 düymlük sensor ekranla təchiz edilib, stilusdan daxiletməni dəstəkləyir və “Windows 10” əməliyyat sisteminin idarəetməsi altında işləyir.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.”Microsoft”un nümayəndələri Nyu-Yorkda keçirilmiş təqdimat zamanı yaxınlıqda olan “Surface” noutbukları ilə birgə iş funksiyasını, həmçinin 4 nəfərdən ibarət videoçat imkanını nümayiş etdiriblər. Səsin otağın istənilən küncündən aydın eşidilməsi üçün “divar planşeti” 8 mikrofona malikdir.

Qurğu gələn il bazara çıxarılacaq.

Emil Hüseynov

İstinadlar ict news