“Microsoft” şirkəti klaviaturaya yeni düyməni əlavə etməyi planlaşdırır. Yeni klaviatura düyməsinin “Microsoft Office” paketinə daxil olan proqramların işə salınması üçün cavabdeh olacağı təxmin edilir. Bu haqda “The Verge” nəşri yazır.

Hələ ki şirkət yeni klaviatura düyməsinin əlverişliliyi haqqında sorğular keçirir. Ehtimal ki, yeni düymə sağda yerləşən və istifadəçilər tərəfindən çox istifadə edilməyən “Win” düyməsini əvəz edəcək. İstehsalçılar, həmçinin yeni klaviatura düyməsini noutbuklarda tətbiq etməyi planlaşdırırlar.

Məlumata görə, “Microsoft” korporasiyası 1994-cü ildən “Win”-klaviaturaların klassik düzülüşünü dəyişdirməyib.

Emil Hüseynov

İstinadlar ict news