“Microsoft” gözdən əllilər üçün virtual reallıq sisteminin təkmilləşdirilmiş versiyasını təqdim edib. İndi istifadəçilər virtual əl ağacını yalnız üfüqi deyil, həm də şaquli istiqamətdə hərəkət etdirə və özünə tərəf çəkə bilərlər. Bu yenilik nəticəsində, demək olar ki, bütün sınaq iştirakçıları tələb edilən sahəni toqquşmasız keçməyə nail olublar.

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.Korporasiya ilk dəfə 2018-ci ildə gözdən əlil və zəif görənlər üçün “Canetroller” adlandırılmış virtual reallıq sistemini təqdim edib. İstifadəçi sistemin əsas elementi olan əl ağacı ilə ətraf mühitlə əlaqə quraraq maneələrin mövcudluğunu müəyyənləşdirir.

Əl ağacına quraşdırılmış vibromühərrik maneə ilə toqquşduqda onu dayandırır. Bu və ya digər səth tipi ilə təmas yarandıqda sistem istifadəçiyə onun spesifik səsini ötürür.

Tədqiqatçılar yeni versiyada əl ağacının imkanlarını genişləndiriblər: indi onu həm üfüqi, həm də şaquli istiqamətdə hərəkət etdirmək, həmçinin özünə tərəf çəkmək mümkündür.

Oxumağa dəyər:   Daha bir marşrut xətti "BakuBus" MMC-yə verildi

Emil Hüseynov

İstinadlar ict news