2019-cu ildə “Microsoft” öz veb-mühərrikini “Chromium” ilə əvəz edib. Bunun nəticəsində brauzer başqa əməliyyat sistemləri üçün əlçatan olub.

Şirkətin rəsmisi bildirib ki, “Edge” brauzerinin “Windows 7”, “8” və “8.1” üçün versiyası “Windows 10” üçün nəzərdə tutulmuş versiya kimi işləyəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.”Microsoft”un brauzerinin yeni versiyası görünüşcə “Edge” və “Chrome” brauzerlərinin qarışığını xatırladır, dizaynına cüzi dəyişiklik edilib. “Chromium” veb mühərrikinə keçildikdən sonra brauzer bəzi funksiyalarından məhrum olub. Lakin “Edge” brauzeri “Chrome”un genişlənmələrini dəstəkləyəcək, onları birbaşa “Google” mağazasından yükləmək olar. Genişlənmələr “Chrome” brauzerində olduğu kimi dəqiq işləyir.

“Microsoft” öz yeni brauzerinə tədricən yeni funksiyalar əlavə edir, buna görə yekun versiya fərqlənə bilər.

Emil Hüseynov

İstinadlar ict news