“İran terrorizmə ən çox əl atan dövlətdir”

Bunu Birləşmiş Krallığın Kəşfiyyat Xidmətinin (Mİ-5) baş direktoru Ken Makkallum ənənəvi illik “Ölkələrə qarşı təhdidlər hesabatı” ilə əlaqədar bildirib.

“Mən terrorizmə ən çox əl atan dövlət olan İrandan gələn təhlükəni qeyd etmək istəyirəm. İranda mövcud etiraz dalğası totalitar rejim haqqında fundamental suallar yaradır. Bu, dərin dəyişikliklərin göstəricisi ola bilər. Lakin istiqamət hələ ki, qeyri-müəyyəndir. Hələlik biz rejimin tənqidçiləri susdurmaq üçün zorakılığa əl atdığını görürük. İran proksiləri ilə birlikdə regionda və onun hüdudlarından kənarda sabitliyi dərindən pozan faktor olaraq qalmaqdadır. İran Rusiyaya dronlar təmin etməklə dəstək verir.

İstinadlar Report