Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası işlərinin davam etdirilməsi ilə bağlı fikir və təklifləri mübadilə etməyi davam etdirirlər.

Bu barədə Ermənistanın baş nazirinin müavini, Ermənistan və Azərbaycan arasında sərhəd delimitasiyası komissiyasının sədri Mher Qriqoryan bildirib.

“Komissiyaların növbəti görüşünün tarixi ilə bağlı konkret razılaşma hələ yoxdur. Tərəflər işçi qaydada işlərin növbəti mərhələlərinin təşkili məsələləri ilə bağlı fikir və təklifləri mübadilə etməyi davam etdirirlər”, – deyə o qeyd edib.

İstinadlar Report