Qubada meyxana demək üçün toplaşmağa cəhd edənlərin qarşısı alınıb. 

Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupu tərəfindən  məlumat verilib. 

Bildirilib ki, rayon mərkəzində yerləşən obyektlərdən birində kütləvi toplaşma cəhdinin qarşısı alınıb. Belə ki, karantin qaydalarının pozulmasına görə, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə obyekt sahibi və məclisdə iştirak edən 82 şəxs barəsində qanunamüvafiq tədbirlər görülüb. 

Məclisdə meyxana ustası kimi tanınan Rəşad Dağlı da iştirak edib. O, da müvafiq qaydada məsuliyyətə cəlb olunub.

İstinadlar Qafqazinfo