
Taylandın turizm şəhəri Lopburi meymunlar tərəfindən “işğal edilib”. Təxminən 3500 meymunun ələ keçirdiyi və həyatın dayandığı şəhərdə bəzi ziyarətçilərin sevimli gördüyü meymunlara görə bir çox mağazanın bağladığı bildirilir. Lopburi rəsmiləri şəhərin tarixi yerlərində gəzməyin mümkünsüz olduğunu və dövlətin bu vəziyyətə tez bir zamanda çarə tapmasının vacibliyini qeyd edib.