“Bu xəstəliyin 2019-cu ildə təsdiqlənmiş peyvəndi var və bu peyvənd kifayət qədər effektivdir”.

Bunu TƏBİB-in infeksion nəzarətinin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib.

Şöbə müdirinin sözlərinə görə, meymunçiçəyinə qarşı peyvənd indiyə qədər çox məhdud sayda istehsal olunurdu:

“Meymunçiçəyinə qarşı peyvənd hazırda da məhdud sayda istehsal edilir. Məhz xüsusi təhlükəli laboratoriyalarda bu viruslarla işləyən personal üçün istehsal olunurdu.

Əgər xəstəlik hallarında artma müşahidə olunarsa, təbii ki, riskli ərazilər üçün, riskli qruplar üçün bu peyvəndin istehsal sayının da artırılması gözlənilir”.