Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) irqçi və damğalayıcı dildən qaçmaq üçün dünyada, xüsusilə Avropada təsiri olan meymunçiçəyi virusunun adını dəyişdirib.

Təşkilatın yazılı açıqlamasında virusun adının dəyişdirilməsi üçün beynəlxalq səhiyyə mütəxəssisləri ilə bir müddət fikir mübadiləsi aparıldıqdan sonra üzv dövlətlərə meymunçiçəyinə “Mpox” adının verilməsinin tövsiyə ediləcəyi bildirilib.

Açıqlamada, “Meymunçiçəyi epidemiyası ilin əvvəlində təsirini göstərməyə başladığı zaman internetdə irqçi və damğalayıcı ittihamların istifadə edildiyi xəbəri ÜST-ə çatdırılıb”, – vurğulanıb.

Qeyd edək ki, endemik virusun yaratdığı nadir xəstəliklərdən biri kimi tanınan meymunçiçəyi ilk dəfə 1970-ci ildə Konqo Demokratik Respublikasında insan orqanizmində görülüb.

İstinadlar Qafqazinfo