Meksika Baş Prokurorluğunun əməkdaşları Mexiko hava limanında külli miqdarda narkotik vasitə aşkar ediblər.

Narkotik vasitələrin tapılmasında xüsusi öyrədilmiş “Lilli” adlı it və kinoloqlar iştirak edib.

İtin tapdığı 5 qutuda ümumilikdə çəkisi 100 kq olan kokain aşkarlanıb.

Qutular Perunun Lima şəhərindən gətirilib. Qeyd olunub ki, tapılan narkotik vasitələr araşdırma aparılması üçün Daxili İşlər Nazirliyinə təhvil verilib.

Qeyd edək ki, Meksikanın Müdafiə Nazirliyi noyabr ayı ərzində 10 ştatda 15,5 ton narkotik vasitə məhv edib.

İstinadlar Report