Meksikanın bəzi bölgələrində güclü yağışların səbəb olduğu torpaq sürüşmələri 15 nəfərin həyatına son qoyub.
Indiyədək 6 ölüm və 3 yaralanma barədə məlumat verilib”, – Mexiko ştatının rəhbərliyinin bəyanatında deyilir.
Qeyd olunur ki, fövqəladə vəziyyət Naukalpan bələdiyyəsinin La Rakelito bölgəsində bir gün əvvəl yağan güclü yağışların səbəb olduğu sürüşmə nəticəsində baş verib. Ştat rəhbərliyi sürüşmənin şəxsi evə və Emiliano Sapata adına ibtidai məktəbə ziyan vurduğunu bildirib.