AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Kopenhagendə Ukrayna üçün 1,5 milyard avrodan çox vəsait toplanıb
  • Türkiyə, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı görüş avqustun 26-da keçiriləcək
  • Müdafiə Nazirliyi polkovnikə cavab verib
  • Kabildə məktəbdə partlayış olub, din xadimi ölüb
  • Çavuşoğlu: “Ərdoğanla Əsəd arasında danışıqdan söhbət belə gedə bilməz”
  • Hindistanda çayda qayıq batıb, azı 20 nəfər ölüb
  • “Dəniz kuboku”na qatılacaq komandamız hazırlıq məşqlərini davam etdirir
  • Azərbaycanın Rus İcması rusiyalı hərbi ekspert Frans Klintseviçə etirazını bildirib
  • Tayvan yaxınlığında Çinin hərbi təyyarələri və gəmiləri qeydə alınıb
  • Xocavəndin Tuğ kəndində Ermənistana məxsus “Mİ-8” helikopterinin qalıqları aşkarlanıb
  • Türkiyə, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı görüş avqustun 26-da keçiriləcək
  • “Dəniz kuboku”na qatılacaq komandamız hazırlıq məşqlərini davam etdirir
  • Tayvan yaxınlığında Çinin hərbi təyyarələri və gəmiləri qeydə alınıb
  • Xocavəndin Tuğ kəndində Ermənistana məxsus “Mİ-8” helikopterinin qalıqları aşkarlanıb
  • Avropada təbii qazın qiyməti artıb
  • Türkiyə və Ermənistanın bir sıra nazirliklərinin nümayəndələri Qarsda görüşə bilər
  • CNN: “Rusiyanın Olenivka həbsxanasının partladılması ilə bağlı versiyası həqiqəti əks etdirmir”
  • Müdafiə Nazirliyindən yeni azad edilən yüksəkliklərdən – VİDEO
  • Ukrayna Prezidenti: “Zaporejye AES-də tarixin ən böyük radiasiya qəzası ola bilər”
  • Bolqarıstanlı nazirlər: “IGB-nin istismara verilməsi üçün hələ çox iş görülməlidir”
  • Yeni təyin olunan başçı kimdir? – Foto
  • Fatih Dönməz: “Təbii qazın rublla ödənilməsinə dair Rusiya ilə razılıq əldə olunub”
  • Türk Dövlətlərinin prokurorlarının Azərbaycana səfəri başa çatıb
  • “Salman Xan İlhaməni göstərib soruşdu ki, anandır?”
  • Ukrayna müdafiə naziri Rusiya ilə danışıqların şərtini açıqlayıb
  • Bərdə sakininə qarşı 16 min manatlıq dələduzluq edilib
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Metronun yanında mənzil al, qaraj hədiyyən olsun – Fotolar+Video
01/07/2022 11:38
Müdafiə Nazirliyindən yeni azad edilən yüksəkliklərdən – VİDEO
11/08/2022 16:53
Babadağda həlak olduğu bildirilən şəxsin axtarışlarına polis və dronlar cəlb edilib – VİDEO
09/08/2022 15:14
Türkiyə Ukraynaya 50 ədəd zirehli avtomobil verib – VİDEO
09/08/2022 12:19
“Gizir hazırlığı kursu”na qəbul başladı – Video
08/08/2022 19:17
“Azərişıq” Cəlilabadın10 kəndinin elektrik şəbəkəsini yenidən qurur – Video
08/08/2022 16:44
Səfər Mehdiyevin polis tərəfindən saxlanılması videosu yayıldı
08/08/2022 13:23
Bakı-Gəncə qatarında yenilik – VİDEO
08/08/2022 12:43
“Müstəntiq məndən 25 min manat istədi” – Klinika rəhbəri – VİDEO
08/08/2022 12:30
Ötən ay Sabunçuda narkotik, oğurluq və quldurluq cinayətləri üzrə 61 nəfər saxlanılıb – VİDEO
08/08/2022 10:20
Şirnikləndirici vədlərlə narkokuryerliyə cəlb edilənlər tutuldu – Video
06/08/2022 14:08
Şuşada “Muğam”ın qalibləri müəyyənləşdi – Video+
05/08/2022 19:41
Şuşada “Muğam”ın finalı keçirilir – Canlı – VİDEO
05/08/2022 16:31
İsmayıllıda 50 yaşlı kişi qadının evini yandırıb – VİDEO
05/08/2022 14:53
“Dini hisslərə toxunmaqla qarışıqlıq yaratmağa cəhd göstərirlər” – Hacı Şahin – VİDEO
05/08/2022 14:08
Baş Prokurorluq “Dini ekstremizm nədir?” adlı videoçarx hazırlayıb
05/08/2022 11:56
Ordumuzun nəzarət etdiyi Sarıbabadan – Görüntülər – VİDEO
04/08/2022 22:14

Video xəbərlər

  • Müdafiə Nazirliyindən yeni azad edilən yüksəkliklərdən – VİDEO
  • Babadağda həlak olduğu bildirilən şəxsin axtarışlarına polis və dronlar cəlb edilib – VİDEO
  • Türkiyə Ukraynaya 50 ədəd zirehli avtomobil verib – VİDEO
  • “Gizir hazırlığı kursu”na qəbul başladı – Video
  • “Azərişıq” Cəlilabadın10 kəndinin elektrik şəbəkəsini yenidən qurur – Video

Sorğu

Müharibədə hansı ölkəni dəstəkləyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

11/08/2022
20:59 Kopenhagendə Ukrayna üçün 1,5 milyard avrodan çox vəsait toplanıb
20:47 Türkiyə, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı görüş avqustun 26-da keçiriləcək
20:25 Müdafiə Nazirliyi polkovnikə cavab verib
20:23 Kabildə məktəbdə partlayış olub, din xadimi ölüb
20:08 Çavuşoğlu: “Ərdoğanla Əsəd arasında danışıqdan söhbət belə gedə bilməz”
19:50 Hindistanda çayda qayıq batıb, azı 20 nəfər ölüb
19:41 “Dəniz kuboku”na qatılacaq komandamız hazırlıq məşqlərini davam etdirir
19:08 Azərbaycanın Rus İcması rusiyalı hərbi ekspert Frans Klintseviçə etirazını bildirib
18:59 Tayvan yaxınlığında Çinin hərbi təyyarələri və gəmiləri qeydə alınıb
18:47 Xocavəndin Tuğ kəndində Ermənistana məxsus “Mİ-8” helikopterinin qalıqları aşkarlanıb
18:26 Avropada təbii qazın qiyməti artıb
18:14 BMT-nin Baş katibi: “Zaporojye AES-də təhlükəsiz demilitarizasiya perimetri yaradılmalıdır”
18:08 Türkiyə və Ermənistanın bir sıra nazirliklərinin nümayəndələri Qarsda görüşə bilər
17:50 Azərbaycanda bazalt yatağı hərraca çıxarılacaq
17:11 Rusiyada xarici pasport alanların sayı 2 dəfə artıb
17:10 Almaniya kansleri: “Vladimir Putin bu müharibəyə görə məsuliyyət daşıyır”
17:08 CNN: “Rusiyanın Olenivka həbsxanasının partladılması ilə bağlı versiyası həqiqəti əks etdirmir”
16:59 İyulda gündəlik xam neft hasilatı 549,9 min barel olub
16:56 OPEC Azərbaycanda bu il üçün orta gündəlik hasilat proqnozunu artırıb
16:53 Müdafiə Nazirliyindən yeni azad edilən yüksəkliklərdən – VİDEO
16:38 Ukrayna Prezidenti: “Zaporejye AES-də tarixin ən böyük radiasiya qəzası ola bilər”
16:34 FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
16:32 UNEC-də 3 milyon manatlıq təmir işləri aparılacaq
16:23 Gədəbəydəki Vergi ödəyicilərinə xidmət mərkəzi 20 gün fəaliyyət göstərməyəcək
16:11 Zelenski: “Rusiyaya qarşı ilk növbədə iqtisadi, texnoloji və sərt sanksiyalar gərəkdir”
16:07 Azərbaycandan BƏƏ-yə efir yağları ixrac olunacaq
16:04 Kürdəmirdə avtomobil aşıb, 3 nəfər xəsarət alıb
16:02 Bolqarıstanlı nazirlər: “IGB-nin istismara verilməsi üçün hələ çox iş görülməlidir”
15:53 Xızıda KOB dostu fəaliyyətə başlayıb
15:50 Qusarda evə oğurluğa girən şəxs qadını bıçaqlayıb
15:41 Qusarda turistlər qəzaya düşüb, yaralananlar var
15:32 Bakıda quru ot sahəsində yanğın olub
14:59 Estoniya Rusiya vətəndaşları üçün sərhədlərini bağlayır
14:53 Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında araşdırmalara başlanılıb – EKSKLÜZİV
14:41 Azərbaycanda toxum sərgi-satış yarmarkaları keçiriləcək
14:38 Rusiyanın Ukraynanın Zaporojye vilayətində keçirəcəyi “ilhaq referendumu”nun tarixi məlum olub
14:17 DSX-nin yeni xüsusi təyinatlıları and içib
14:11 Dünyada neft tədarükü iyul ayında postpandemiya dövrünün maksimumuna çatıb
14:08 IEA Azərbaycanın OPEC razılaşmasının yerinə yetirilmə səviyyəsini açıqlayıb
13:53 Rusiya XİN: “Azərbaycan və Ermənistan arasında üçtərəfli formatda görüş nəzərdə tutulub”
13:26 Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşünün tarixi açıqlanıb
13:14 Rusiya XİN: “Azərbaycan və Ermənistanla daim təmasdayıq”
13:02 Rusiya XİN Nikol Paşinyana cavab verib
12:46 Yeni təyin olunan başçı kimdir? – Foto
12:38 Ukrayna Prezident Ofisi müharibənin başa çatmasının şərtini açıqlayıb
12:35 MN: “Tankçılarımız “Tank biatlonu” müsabiqəsinə hazırlıqlarını davam etdirir”
12:23 Türkiyəli nazir: “Ölkəmizdə bütün yataqların işlənməsini həyata keçirmək niyyətindəyik”
12:19 Fatih Dönməz: “Təbii qazın rublla ödənilməsinə dair Rusiya ilə razılıq əldə olunub”
12:17 Prezident Ofisi: “Krımda baş verənlər xəbərdarlıq kimi qəbul edilməlidir”
12:14 Türk Dövlətlərinin prokurorlarının Azərbaycana səfəri başa çatıb
11:56 “Salman Xan İlhaməni göstərib soruşdu ki, anandır?”
11:44 Ukrayna müdafiə naziri Rusiya ilə danışıqların şərtini açıqlayıb
11:41 Kanadalı deputat: “Azərbaycanla münasibətlər dinamik şəkildə inkişaf edir”
11:35 Bərdə sakininə qarşı 16 min manatlıq dələduzluq edilib
11:11 Ukraynada Rusiyaya xidmət edən casus saxlanılıb
11:02 Azərbaycan Laçın şəhərindən yan keçən yeni yolun inşasını başa çatdırdı
10:59 KAT Azərbaycan-Kanada diplomatik əlaqələrinin 30 illiyini qeyd edir
10:56 Borrel: “Avropa Ukraynada uzunmüddətli münaqişəyə hazır olmalıdır”
10:47 Kim Çen In koronavirus keçirib
10:41 Qusarda üzərinə ağac düşən 83 yaşlı kişi ölüb

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Metronun yanında mənzil al, qaraj hədiyyən olsun – Fotolar+Video

Multimedia 01/07/2022 11:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

İnşaat sektorunda etibar qazanmış Bakıxanov Rezidens Komplekslər Qrupu Bakıxanov qəsəbəsində, “Koroğlu” metro stansiyasından cəmi 2 km aralıqda, Bəşir Bünyadov, 246 ünvanında (https://goo.gl/maps/7QGntLZbUX1qLJwQ7) inşa olunan daha bir maraqlı layihə təqdim edir. Yaşayış ünvanının metroya yaxın olmasına əsas önəm verənlər üçün “Koroğlu” layihəsi bir tapıntı olacaq. Eyni məsafədə həm də şəhərətrafı elektrik qatarlarının “Bakıxanov” stansiya yerləşir.

İki ondördmərtəbəli binadan ibarət olan bu yaşayış kompleksində ümumilikdə 182 mənzil nəzərdə tutulub. Alıcılar bir, iki və üçotaqlı mənzillərdən birini seçə bilərlər. Hər bir mənzildə ayrı mətbəx və eyvan nəzərdə tutulub. Sakinlərə hər blokda iki lift xidmət göstərəcək. Şirkətin digər layihələrində olduğu kimi, “Koroğlu” layihəsində də həyətdə sakinlər üçün skamya və çardaqların quraşdırılması, uşaqlar üçün isə xüsusi əyləncə guşəsinin yaradılması, videomüşahidə vasitəsilə 24 saatlıq mühafizənin təşkil olunması planlaşdırılıb. Fərdi su anbarı sayəsində sakinlər daimi su təchizatından yararlana biləcəklər. Sərfəli yatırım etmək və ya öz biznesini qurmaq istəyənlərə kompleksin birinci mərtəbəsindəki ticari sahələrin təklif olunur.  

Oxumağa dəyər:   Prezident Ofisi: "Krımda baş verənlər xəbərdarlıq kimi qəbul edilməlidir"

Müasir görünüşlü bu kompleksin hal-hazırda üçüncü mərtəbəsinin inşası gedir. Mənzilləri xüsusi qiymət və şərtlərlə almağın əsl vaxtıdır. Mənzillərin 1 m2 qiyməti nağd aldıqda 1150 manat, 36 aylıq faizsiz daxili kreditlə aldıqda isə ilkin ödənişdən asılı olaraq (50% və ya 35%) 1250 və ya 1300 manat təşkil edir. İyul ayında mənzilləri nağd alanları xüsusi təkliflər gözləyir. Belə ki, üçotaqlı mənzilə sahib olanlara qaraj hədiyyə olunacaq. İkiotaqlı mənzilə tam ödəniş edənlər, qaraja yarıqiymətinə sahib ola biləcəklər. Birotaqlı mənzillərin gələcək sakimləri isə qarajı 15% endirimlə əldə edə biləcəklər.

Tikintinin gedişatı, mənzillərin qiymətləri, kredit ödənişləri və planları ilə https://koroglu.rezidens.az/ linkindən tanış ola bilərsiniz. Yarana biləcək bütün suallarla bağlı “Facebook” və “Instagram” sosial şəbəkələr (@rezidens-az) və (050/055/070) 292 11 11 telefon nömrələri vasitəsilə satış məsləhətçiləri ilə əlaqə saxlaya bilərsiniz.

Şirkət barədə məlumat:

Bakıxanov Rezidens Komplekslər Qrupu – özünü daşınmaz əmlak bazarında müsbət tərəfdən tanıtmış, müvəffəqiyyətlə inkişaf edən tikinti şirkətidir. Əsas prinsipi – yüksək ixtisaslı mütəxəssisləri cəlb etməklə, ən son texnologiyalar və materiallar vasitəsilə müasir və keyfiyyətli binalar tikməkdir. Şirkət, davamlı inkişafını bütün fəaliyyət sahələrinin inkişafı, qurulmuş dəqiq strategiyaya riayət etməklə tikinti işlərinin həcminin artması və əlaqələrin genişləndirilməsi sayəsində yeni mövqelərə yüksəlməkdə görür.

Oxumağa dəyər:   Bərdə sakininə qarşı 16 min manatlıq dələduzluq edilib

Bakıxanov Rezidens Komplekslər Qrupu

Ünvan:

Baş ofis və satış mərkəzi: Bakıxanov qəsəbəsi, S. Mehmandarov küç., 12

“Koroğlu” layihəsinin satış mərkəzi: Bakıxanov qəsəbəsi, B. Bünyadov küç., 246

Tel.: (050/055/070) 292 11 11

www.rezidens-az



İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Müdafiə Nazirliyindən yeni azad edilən yüksəkliklərdən – VİDEO

Xəbər 11/08/2022 16:53
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan Ordusu tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində nəzarətə götürülən Buzdux və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklərdə mühəndis təminatı üzrə tapşırıqlar yerinə yetirilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və dəqiqləşdirilmiş mövqelərə təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.

Azad edilən ərazi və hakim yüksəkliklərdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Babadağda həlak olduğu bildirilən şəxsin axtarışlarına polis və dronlar cəlb edilib – VİDEO

Hadisə 09/08/2022 15:14
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Avqustun 6-da İsmayıllı rayonu ərazisində Babadağ dağında həlak olduğu bildirilən Məmmədov Mübariz Əliağa oğlunun axtarışları davam etdirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin axtarış-xilasetmə qrupları təlim görmüş itlərdən, xüsusi alpinist avadanlıq və ləvazimatlarından istifadə etməklə dumanlı və çiskinli hava şəraitində sıldırımlı qayalarda və səthi buz bağlamış yarğanlarda axtarışlar aparırlar. Çətin keçilən yerlərdə axtarış-xilasetmə işlərində drondan da istifadə olunur.

Axtarışa Daxili İşlər Nazirliyinin əməkdaşları da cəlb olunub.

Əlavə məlumat veriləcəkdir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Türkiyə Ukraynaya 50 ədəd zirehli avtomobil verib – VİDEO

Multimedia 09/08/2022 12:19
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Türkiyə Ukraynaya 50 ədəd “Kirpi” zirehli avtomobil verib.

Həmin avtomobillər artıq Ukraynanın cəbhə xəttinə gətirilib.

Məlumata görə, Türkiyənin Ukrayna Ordusuna daha 150 ədəd eyni markalı zirehli avtomobil göndərəcəyi gözlənilir. Türkiyə Silahlı Qüvvələrinin avtomobilləri Ukraynaya təmənnasız verdiyi güman edilir.

Bildirilib ki, zirehli avtomobillər Donetsk istiqamətində gedən döyüşlərdə istifadə olunacaq.

Qeyd edək ki, Türkiyə istehsalı olan “Kirpi” zirehli avtomobili yerli “BMC” şirkətinə məxsusdur.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Gizir hazırlığı kursu”na qəbul başladı – Video

Multimedia 08/08/2022 19:17
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Müdafiə Nazirliyinin hərbi hissələrinə gizirlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, tam orta təhsilli, 28 yaşınadək vətəndaşlar avqust ayının 8-dən sentyabr ayının 10-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO TTM) fəaliyyət göstərən qəbul komissiyasına  müraciət edə bilərlər.

Müraciət etmiş vətəndaşlar hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilir və hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər “Gizir hazırlığı kursu”na qəbul edilirlər.

Kursu müvəffəqiyyətlə başa vuran vətəndaşlarla 5 (beş) il müddətinə bağlaşma bağlanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.

Namizədlər AO TTM-də fəaliyyət göstərən qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:

Oxumağa dəyər:   "Amnesty International" yaradıcılarından biri qərəzli hesabatdan sonra istefa verib

– kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);

– şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə;

– xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;

– tam orta təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti – 2 nüsxədə;

– doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətləri – 2 nüsxədə;

– nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) – 2 nüsxədə;

– uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda) – 2 nüsxədə;

– evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış – 2 nüsxədə;

– 8 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 6 ədəd 3×4 sm və 2 ədəd 4,5×6 sm ölçüdə);

– psixoloji, nevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması barədə arayışlar;

Oxumağa dəyər:   Bakıda quru ot sahəsində yanğın olub

– qeydiyyatda olduğu poliklinikadan sağlamlıq haqqında arayış;

– qeydiyyatda olduğu poliklinikadan son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə arayış;

– hərbi biletin surəti (notarial qaydada təsdiq olunmuş) – 2 nüsxədə.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi).

Müraciət etmə vaxtı: 2022-ci il avqust ayının 8-dən sentyabr ayının 10-dək hər gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan 17.00-dək.

Telefon: (012) 538-35-70.

Qeyd: Məhkumluğu olan hərbi vəzifəlilərin “Gizir hazırlığı kursu”na qəbul üçün müraciət etməmələri xahiş olunur.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Azərişıq” Cəlilabadın10 kəndinin elektrik şəbəkəsini yenidən qurur – Video

Multimedia 08/08/2022 16:44
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, “Azərişıq” ASC tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Cəlilabad rayonunun Qamışlıgöl və Sadatlı kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur.

“Azərişıq” ASC-nin Mətbuat xidmətindən verilən məlumata görə, yenidənqurma işləri çərçivəsində 84 abonenti olan Qamışlıgöl kəndində 3 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 14 km-dan çox 10 kV-luq, 6 km-a yaxın 0,4 kV-luq elektrik xətti yenilənəcək.

Cəlilabadın Sadatlı kəndində də yenilənmə işlər davam etdirilir. 80 abonenti olan kənd ərazisində 3 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 5 km-dan çox 10 kV-luq, 4 km-a yaxın 0,4 kV-luq elektrik xətti dəyişdiriləcək.

Hər iki kənddə elektrik sayğacları yenisi ilə əvəz olunacaq.

Cəlilabad rayonunun Qamışlıgöl və Sadatlı kəndləri ilə yanaşı, rayonun Albalan, Xəlilli, Güneyli, Allahverən, Məşədilər, Novruzallı, Məlikqasımlı və Yusublu kəndlərində də yenidəqurma işləri davam edir. İşlər yekunlaşdıqdan sonra ümumilikdə 800-ə yaxın abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin ediləcək.

Oxumağa dəyər:   ABŞ-da ehtiyatların artması nefti ucuzlaşdırıb

Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir. İşlərin davam etdiyi və yekunlaşdığı digər kəndlər barədə də silsilə məlumatlar təqdim edəcəyik.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Səfər Mehdiyevin polis tərəfindən saxlanılması videosu yayıldı

Multimedia 08/08/2022 13:23
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Yol polisinin Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevi saxladığı anın görüntüləri yayılıb.

Hadisə vaxtı Səfər Mehdiyev idarə etdiyi “Mercedes Galendevagen” markalı, 90 AA 978 dövlət qeydiyyat nişanlı avtomobildən düşərək yol polisi əməkdaşlarına hirslənib. Özünü general-polkovnik Mehdiyev kimi təqdim edən Səfər Mehdiyev onu saxlayan polisə “Nə həyasız adamsan? Sirena yandırdığımı görmürsən” deməsi görünür.

Yol polisi isə cavabında ona “Cənab general, nömrədə yazılmır axı kimdir sürən?! Bizə deyiblər ki, siqnal olmaz” deyə bildirir.

Daha sonra Gömrük Komitəsinin sabiq rəhbəri avtomobilinə əyləşərək uzaqlaşıb.

Qeyd edək ki, görüntülər Səfər Mehdiyev DGK sədri olarkən çəkilsə də, bu gün ictimailəşib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakı-Gəncə qatarında yenilik – VİDEO

Multimedia 08/08/2022 12:43
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Avqustun 10-dan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəsmi saytından Bakı-Gəncə-Bakı istiqaməti üzrə hərəkət edən sürətli sərnişin qatarına onlayn rejimdə alınmış biletlər avtomatik olaraq elektron qeydiyyatdan keçirilmiş olacaq.

ADY-dən verilən məlumata görə, bununla da sərnişinlərin gediş-gəliş biletini onlayn sifariş etdikdən sonra kassalara yaxınlaşmasına ehtiyac qalmayacaq.

Sərnişinlərin elektron biletlərinin (mobil elektron cihazlarda və ya çap olunmuş şəkildə kağız daşıyıcılarda) qeydiyyatını qatara minik zamanı xüsusi aparat vasitəsilə sərnişin vaqonunun bələdçiləri yoxlayacaq. Elektron biletin satışı qatarın yola düşməsinə 1 saat qalmış dayandırılır, lakin sərnişinlər bilet kassasına yaxınlaşaraq əvvəlki qaydada gediş biletini əldə edə bilərlər. Qatarın yola düşməsinə 1 saatdan çox vaxt qaldıqda sərnişin bileti şəxsi kabinetindən geri qaytarma qaydalarına əsasən geri qaytara bilər.

Yaşı 18-dən yuxarı olan sərnişinlərdən qatara minik zamanı şəxsiyyəti təsdiq edən sənədi (şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, hərbi bilet, şəxsiyyəti müvəqqəti təsdiq edən digər sənəd), eləcə də peyvənd əks-göstəriş və ya immunitet sertifikatı, 16 yaşadək sərnişinlərdən (uşaqlardan) isə doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsi təqdim etmələri tələb olunur.

Oxumağa dəyər:   Azərbaycanın Rus İcması rusiyalı hərbi ekspert Frans Klintseviçə etirazını bildirib

Sərnişinlərə qatarın yola düşməsinə 30 dəqiqə qalanadək minik stansiyası və dayanacaqlara gəlmələri tövsiyə edilir. Bu, sərnişinlərin gediş sənədlərinin (elektron biletlərinin), peyvənd, əks-göstəriş və ya immunitet sertifikatlarının yoxlanışı prosedurunun tezləşdirilməsi, sərnişinlərin qatara gecikməsinin qarşısını alınması və qatarın qrafik üzrə hərəkət etməsi məqsədini daşıyır.

Yaxın zamanda ADY-nin istifadəyə verəcəyi yeni mobil tətbiqi vasitəsilə də elektron bilet almaq mümkün olacaq.

Elektron bilet almaq üçün ADY-nin rəsmi səhifəsinə keçid edə və ya elektron bilet satışı, vaksin sertifikatına dair qaydalarla tanış ola bilərsiniz.

Qeyd edək ki, sərnişinlər avqustun 10-na qədər onlayn alınan biletlər üçün əvvəlki qaydada kassaya yaxınlaşaraq kağız biletlər almalıdır.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Müstəntiq məndən 25 min manat istədi” – Klinika rəhbəri – VİDEO

Multimedia 08/08/2022 12:30
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Andromed klinikasının rəhbəri, həkim Mirzəli Cəfərquliyev Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqinin ondan rüşvət tələb etdiyini iddia edib.

Videomüraciətində M.Cəfərquliyev bildirib ki, bir müddət əvvəl klinikasının yerləşdiyi Xəzər rayonu Mərdəkan qəsəbəsindəki binanın yaxınlığında bir neçə ağac kəsilib. Daha sonra ağacı kəsənlər müəyyən edilərək cəzalandırılıblar: “Bir neçə gün sonra mənə Baş Prokurorluğun İstintaq İdarəsindən zəng etdilər. Müstəntiq Vətən Əliyev mənə bildirdi ki, bu işi bağlamaq üçün 25 min manat verməliyəm. Həmin vaxt ağacların kəsilməsinə hər hansı aidiyyətim olmadığını dedim, ağacı kəsənin də məlum olduğunu, həmin şəxsin günahını etiraf etdiyini və cərimələndiyini qeyd etdim. Lakin məni rahat buraxmadılar. 4 ay ərzində ardıcıl olaraq lüzumsuz yerə məni 20-25 dəfə idarəyə çağırtdırıb saatlarla gözlətdilər, azadlığımı bir növ məhdudlaşdırdılar”.

M.Cəfərquliyev artıq onun barəsində açılmış cinayət işi üzrə materialların Xəzər Rayon Məhkəməsinə göndərildiyini əlavə edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən məsələ ilə bağlı “Qafqazinfo”nun sorğusuna cavab verilib. Bildirilib ki, Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən qeyri-yaşayış obyektinin tikintisi aparılarkən, həmin tikilinin qarşısında meşə fonduna daxil olmayan 2 ədəd yaş kök üstə bioloji inkişafda olan sərv ağaclarının qanunsuz kəsilməsi nəticəsində 2700 manat ziyan dəyməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsində istintaq aparılıb:

Oxumağa dəyər:   Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşünün tarixi açıqlanıb

“İş üzrə təqsirləndirilən Cəfərquliyev Mirzəli Cəfərqulu oğluna Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə ittiham elan olunub və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

20 mart 2022-ci il tarixdə cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib”.

Nizam Rza

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ötən ay Sabunçuda narkotik, oğurluq və quldurluq cinayətləri üzrə 61 nəfər saxlanılıb – VİDEO

Hadisə 08/08/2022 10:20
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Sabunçu Rayon Polis İdarəsinin, ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən iyul ayında rayon ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də kultivasiyası ilə məşğul olan, silsilə oğurluq, quldurluq, soyğunçuluq törədən və üzərində qanunsuz olaraq silah saxlayan ümumilikdə 61 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmin şəxslərdən 40-ı narkotik cinayətləri ilə bağlı polisin keçirdiyi əməliyyat nəticəsində tutulub. Narkotiklə bağlı saxlanılan şəxslərdən 10 min 143 ədəd yaş halda çəkisi 431 kiloqram olan narkotik tərkibli çətənə kolu və 2 kiloqram yüksək təsiredici xassəyə malik narkotik vasitələr aşkar olunub.

Qeyd edilən dövr ərzində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Balaxanı, Zabrat, Bakıxanov, Maştağa, Nardaran və digər qəsəbələrdə yerləşən evlərdən, mağazalardan silsilə oğurluqlar edən 12 nəfər saxlanılıb. Bu şəxslərin həmin ərazilərdə yerləşən 85 şəxsi evdən və obyektdən pul və məişət əşyaları oğurladıqları müəyyən edilib. Hesabat dövründə Sabunçu rayonunda üzərində qanunsuz olaraq silah saxlayan, quldurluq və soyğunçuluq edən 3 nəfər də tutularaq istintaqa cəlb edilib.

Oxumağa dəyər:   Azərbaycanın Rus İcması rusiyalı hərbi ekspert Frans Klintseviçə etirazını bildirib

Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şirnikləndirici vədlərlə narkokuryerliyə cəlb edilənlər tutuldu – Video

Multimedia 06/08/2022 14:08
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Cəlal Həsənov və tanışı Elvin Novruzov saxlanılıblar.

DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, həmin şəxslərin əlindəki bağlamaya baxış zamanı 10 kiloqrama yaxın marixuana və tiryək aşkar edilib. Onlar ifadələrində sosial şəbəkə vasitəsilə tanış olduqları xaricdə yaşayan narkotacirin şirnikləndirici vədləri müqabilində Bakıda narkokuryerlik təklifi ilə razılaşdıqlarını bildiriblər.

Nərimanov RPİ-nin həyata keçirdiyi digər əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Vəkilxan Səmədov və Pərviz Əsgərov da tutulublar. Bu şəxslərdən və idarə etdikləri avtomobillərdən 10 kq-dan artıq heroin, 2 kq tiryək aşkar edilib. Adları qeyd edilən şəxslər barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şuşada “Muğam”ın qalibləri müəyyənləşdi – Video+

Multimedia 05/08/2022 19:41
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Şuşada VIII “Muğam” televiziya müsabiqəsinin finalı keçirilir.

Tədbir Bülbülün ev-muzeyinin həyətində təşkil olunub.

Müsabiqənin finalında tanınmış sənət adamları, mədəniyyət və incəsənət xadimləri iştirak edir.

***

Şuşada keçirilən VIII “Muğam” Televiziya Müsabiqəsinin qalibləri müəyyənləşib.

Müsabiqənin final konsert proqramında mədəniyyət naziri Anar Kərimov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.

Azyaşlı qrup üzrə qaliblər:

I yer Həzrət Əzizli

II yer Fatimə Kərimova

III yer Sabir Ağayev.

Gənc xanəndələr arasında qaliblər:

I yer  Fuad Əzizadə

II yer Ülkər Abdullayeva və Aynur Həsənxanova

III yer Daşqın Kürçaylı və Vüqar Əbilov

Məftun Səfərli və Pedram Rəncbər isə həvəsləndirici mükafatla təltif edilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şuşada “Muğam”ın finalı keçirilir – Canlı – VİDEO

Multimedia 05/08/2022 16:31
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Şuşada VIII “Muğam” televiziya müsabiqəsinin finalı keçirilir.

Tədbir Bülbülün ev-muzeyinin həyətində təşkil olunub.

Müsabiqənin finalında tanınmış sənət adamları, mədəniyyət və incəsənət xadimləri iştirak edir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

İsmayıllıda 50 yaşlı kişi qadının evini yandırıb – VİDEO

Hadisə 05/08/2022 14:53
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

İsmayıllıda 50 yaşlı kişi qadının evini yandırıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 3-də FHN-in “112” qaynar telefon xəttinə İsmayıllı şəhəri, Tofiq İsmayılov küçəsində Natəvan Nəbi qızı Məmmədliyə məxsus köməkçi tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-in yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın söndürülüb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

İlkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub. FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin 1972-ci il təvəllüdlü Teymur Nəbi oğlu Nəsirov tərəfindən törədildiyi müəyyən edilib, toplanan materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Dini hisslərə toxunmaqla qarışıqlıq yaratmağa cəhd göstərirlər” – Hacı Şahin – VİDEO

Multimedia 05/08/2022 14:08
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Məşədi Dadaş məscidinin imamı, QMİ-nin nümayəndəsi Hacı Şahin Həsənli Cümə xütbəsində ötən gün bir qrup radikal şəxsin Londondakı səfirliyimizə hücum etməsinə münasibət bildirib.

Hacı Şahin baş verənlərin və davranış formasının İslam dinə uyğun olmadığını deyib:

“Baxmayaraq ki, məlum şəxslər orada dini şüarlar səsləndirirdi, əslində bu dini hisslərin istismar edilməsidir. Bu insanların dini və məzhəbi yoxdur. Onların fəaliyyətini araşdıranda məlum olur ki, ilk gündən qarşıdurma yaratmaq istiqamətində çalışırlar. Çox güman ki, bu işləri xarici xüsusi xidmət orqanlarının sifarişi ilə görürlər. Ordan endirilən, təhqir edilən bayraq uğrunda minlərlə canını fəda edərək şəhidlik zirvəsinə ucalıb. O, bayrağın endirilməsi, təhqir edilməsi, dövlətimizlə yanaşı, dinimizin, inancımızın təhqir edilməsidir”.

Hacı Şahin əlavə edib ki, Londonda törədilən hadisıə bu günlərdə Azərbaycanın həyata keçiridiyi “Qisas” əməliyyatı ilə də bağlı ola bilər: “Mən baxıb görürəm ki, erməni teleqram kanalları Londondakı hadisəni böyük canfəşanlıqla yayırlar. Yəqin ki, zaman göstərəcək ki, bu kimi addımlarda düşmən izi var. Azərbaycanın inanclı insanları da bu kimi hadisələrdə diqqətli olmalıdırlar. Görürük ki, dini hisslərə toxunaraq Azərbaycanda qarışıqlıq yaratmağa cəhd göstərirlər”.

Oxumağa dəyər:   Tovuzdakı elektrik yarımstansiyasındakı yanğının səbəbi məlum olub

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Baş Prokurorluq “Dini ekstremizm nədir?” adlı videoçarx hazırlayıb

Hadisə 05/08/2022 11:56
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Baş Prokurorluğun Mətbuat Xidməti “Dini ekstremizm nədir?” adlı videoçarx hazırlayıb.

Bu barədə Xidmətdən məlumat verilib.

Bildirilib ki, Xidmət tərəfindən hazırlanmış videoçarxda “Dini ekstremizm nədir?” sualına vətəndaşlarımıza cavab verilib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ordumuzun nəzarət etdiyi Sarıbabadan – Görüntülər – VİDEO

Multimedia 04/08/2022 22:14
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, avqustun 3-də Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərinin qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən intensiv atəşə tutulması nəticəsində əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Bundan sonra Azərbaycan Ordusu cavab tədbirləri görüb və Anar Kazımovun qisasını almaq üçün antiterror əməliyyatına başlayaraq Sarıbaba dağını nəzarətə götürüb. 

Real TV Sarıbaba dağından reportaj hazırlayıb.

Həmin reportajı təqdim edirik: 

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Xəbər 11/08/2022 16:53

Müdafiə Nazirliyindən yeni azad edilən yüksəkliklərdən – VİDEO

Read more
Hadisə 09/08/2022 15:14

Babadağda həlak olduğu bildirilən şəxsin axtarışlarına polis və dronlar cəlb edilib – VİDEO

Read more
Multimedia 09/08/2022 12:19

Türkiyə Ukraynaya 50 ədəd zirehli avtomobil verib – VİDEO

Read more
Multimedia 08/08/2022 19:17

“Gizir hazırlığı kursu”na qəbul başladı – Video

Read more
Multimedia 08/08/2022 16:44

“Azərişıq” Cəlilabadın10 kəndinin elektrik şəbəkəsini yenidən qurur – Video

Read more
Multimedia 08/08/2022 13:23

Səfər Mehdiyevin polis tərəfindən saxlanılması videosu yayıldı

Read more
Multimedia 08/08/2022 12:43

Bakı-Gəncə qatarında yenilik – VİDEO

Read more
Multimedia 08/08/2022 12:30

“Müstəntiq məndən 25 min manat istədi” – Klinika rəhbəri – VİDEO

Read more
Hadisə 08/08/2022 10:20

Ötən ay Sabunçuda narkotik, oğurluq və quldurluq cinayətləri üzrə 61 nəfər saxlanılıb – VİDEO

Read more
Multimedia 06/08/2022 14:08

Şirnikləndirici vədlərlə narkokuryerliyə cəlb edilənlər tutuldu – Video

Read more
Multimedia 05/08/2022 19:41

Şuşada “Muğam”ın qalibləri müəyyənləşdi – Video+

Read more
Multimedia 05/08/2022 16:31

Şuşada “Muğam”ın finalı keçirilir – Canlı – VİDEO

Read more
Hadisə 05/08/2022 14:53

İsmayıllıda 50 yaşlı kişi qadının evini yandırıb – VİDEO

Read more
Multimedia 05/08/2022 14:08

“Dini hisslərə toxunmaqla qarışıqlıq yaratmağa cəhd göstərirlər” – Hacı Şahin – VİDEO

Read more
Hadisə 05/08/2022 11:56

Baş Prokurorluq “Dini ekstremizm nədir?” adlı videoçarx hazırlayıb

Read more
Multimedia 04/08/2022 22:14

Ordumuzun nəzarət etdiyi Sarıbabadan – Görüntülər – VİDEO

Read more
Hadisə 04/08/2022 14:53

Mingəçevirdə ahıl kişi bataqlığa düşüb – VİDEO

Read more
Multimedia 04/08/2022 12:59

HHQ-nin aviasiya vasitələri ilə yeni tədris dövrünün məşğələləri keçirilir – Video

Read more
Multimedia 04/08/2022 10:44

Erməni təxribatına İran səfirliyindən – Reaksiya – VİDEO

Read more
Multimedia 04/08/2022 10:14

Zelenski Qarabağdakı gərginlikdən danışdı – VİDEO

Read more
Multimedia 04/08/2022 08:41

Şəhid Anar əsgərliyə belə yola salınmışdı – Video

Read more
Multimedia 04/08/2022 07:11

Şuşada 28 il sonra tapılan dəftər… – Video

Read more
Multimedia 03/08/2022 22:32

Erməni teleqram kanallarından növbəti təxribat – Video

Read more
Multimedia 03/08/2022 19:20

Ordumuzun “Qisas” əməliyyatının – Videosu

Read more
Multimedia 03/08/2022 16:11

FHN bulvarda intihara cəhd edən qadını xilas edib – Video

Read more
Multimedia 03/08/2022 13:29

Neftçalada 4 kəndin elektrik şəbəkəsi yenidən qurulur – Video

Read more
Multimedia 03/08/2022 11:59

Ötən sutka 4 azyaşlı xilas edilib – Video

Read more
Hadisə 03/08/2022 11:11

Baş Prokurorluq Şuşaya səfər etmək istəyənlərə müraciət ünvanlayıb – VİDEO

Read more
Multimedia 01/08/2022 23:16

Nazirlik rəsmisindən Xəzər dənizinə köpəkbalığı buraxılması ilə bağlı – Açıqlama – VİDEO

Read more
Multimedia 01/08/2022 21:56

Tarixçilərin Ermənistanın yalançı tarixçiləri ilə mübarizəsi: uduzan yalnız erməni cəmiyyətidir – VİDEO

Read more
Multimedia 01/08/2022 17:29

Otuz ildən sonra dağlarda cığır açanlar – Laçından ilk VLOG – VİDEO

Read more
Multimedia 01/08/2022 11:32

FHN “Şirvan OCL” şirkətinin mərkəzi çənlər parkında yanğın-taktiki təlim keçirdi – Video

Read more
Multimedia 31/07/2022 11:02

İki Şəhid anasının toyda icra başçısı ilə rəqsi duyğulu anlar yaşatdı – Video+Fotolar

Read more
Multimedia 30/07/2022 15:11

Gömrük Komitəsi Dubaydan 30 ədəd telefonun ölkəyə keçirilməsinin qarşısını alıb – VİDEO

Read more
Multimedia 29/07/2022 19:44

Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq edən şəxs həbs olundu – Video

Read more
Multimedia 29/07/2022 19:15

“Azəriqaz” İB-nin fəaliyyəti ilə bağlı keçirilən sorğunun nəticələri açıqlandı – Fotolar – VİDEO

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2022 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla