Metronun “Həzi Aslanov”-“Dərnəgül” marşrutu ilə hərəkət edən qatarda nasazlıq yaranıb. 

Bu barədə Bakı Metropoliteni QSC-nin Mətbuat xidməti məlumat yayıb. 

Bildirilir ki, “Ulduz” stansiyasında sərnişinlər düşürülüb. Qatar depoya göndərilib, əvəzinə qatar verilib. 

Nəticədə, iki qatar arasında intervaldan əlavə 2 dəqiqə fərq yaranıb. Ehtiyat qatar xəttə verildiyindən bu fərq qısa müddətdə aradan qaldırılacaq.