Metroda gediş haqqının artırılacağı ilə bağlı yayılan xəbərlər və orada əks olunan rəqəmlər cəfəngiyyatdır
Bu sözləri “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
“Bakı Metropoliteni” olaraq, biz Tarif Şurasına qiymətin artırılması ilə bağlı müraciət etməmişik. Tarif Şurasına müraciət edilməmiş qiymətlər artırıla bilməz. O ki qaldı bir sərnişin daşınması üçün xərcin 82,4 qəpik olmasına, bu rəqəm cəfəngiyyatdır. Hesablama Palatası hər ilin sonunda bununla bağlı rəsmi rəqəmləri açıqlayır.
Palata 2015-ci ildə bir sərnişinin daşınmasına çəkilən xərci 54 qəpik göstərmişdi. Cari ilin sonunda bu il bir sərnişinin daşınmasına çəkilən xərc açıqlanacaq”, – deyə “Bakı Metropoliteni”nin rəsmisi bildirib.
Gəlir və xərc nəzərə alınmaqla, bir sərnişinin daşınması metropolitenə 20 qəpiyə deyil, 82,4 qəpiyə başa gəlir.
Azərbaycan24 sosial şəbəkələrdə