“İndiyə qədər növbətçi hissələrə dağıntı, yaxud xoşagəlməz halla bağlı məlumat daxil olmayıb”.

Bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev Respublika Seysmoloji Xidmət Mərkəzində bugünkü zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında deyib.

DİN rəsmisinin sözlərinə görə, zəlzələdən sonra heç bir oğurluq faktı qeydə alınmayıb: “Zəlzələ baş verəndən dərhal sonra Bakı və digər ərazilər üzrə polis gücləndirilmiş iş rejiminə keçib. Panikaya düşməyə ehtiyac yoxdur. Yol polisi, post patrul və digər əməkdaşlar öz sahələri üzrə aidiyyəti üzrə cəlb olunub.

Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb. Polis əməkdaşları bütün lazımi işləri görür. Vətəndaşlara tövsiyə edirik ki, heç bir panikaya düşülməsin”. 

Gülnar Əliyeva

İstinadlar Qafqazinfo