2030-cu iıdə atmosferə atılan metan qazının həcminin 2020-ci ilə nisbətən 30% azaldılmasına dair ABŞ və Avropa İttifaqının (Aİ) irəli sürdüyü təşəbbüsə daha 24 ölkə qoşulmaq niyyətində olduqlarını bildirib.

Bu barədə ABŞ Dövlət Departamentinin yaydığı birgə açıqlamada bildirilir. 

Xatırladaq ki, ötən ay şifahi şəkildə elan edilmiş bu təşəbbüsə ilkin olaraq ABŞ və Aİ ölkələri ilə yanaşı, Argentina, Böyük Britaniya, Qana, İndoneziya, İraq, İtaliya və Meksika  qoşulub. Onların payına qlobal ÜDM-in 60%-i və metan tullantılarının 30%-i düşür.

İstixana qazlarından biri olan metan karbon qazından sonra iqlim dəyişikliyinə rıvac verən əsas amil hesab olunur. Bu təşəbbüsün səmərəli həyata keçirilməsi ilə Yür kürəsində atmosferinin orta hərarətinin artması 2050-ci ilə qədər azı 0,2 dərəcə zəifləyəcək. 

İstinadlar Report