İrlandiya hökuməti Meta şirkətini 265 milyon avro (446 milyon AZN) cərimələyib.

Bununla bağlı İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası məlumat yayıb.

Bildirilib ki, Meta müştərilərin məlumatlarının məxfiliyinə etinasızlığına görə cəzalanıb.

Təxminən 500 milyon müştərinin bəzi məlumatlarının sızdırılması ilə əlaqədar təhlükəsizliyin pozulduğu iddia edilir.

İstinadlar Qafqazinfo