Böyük Britaniyada “Meta” şirkətinə qarşı feysbuk istifadəçilərinin şəxsi məlumatlarından istifadə olunması ilə bağlı 2,3 milyard funt məbləğində iddia qaldırılıb.

Iddia sahibi hüquqşünas Lovdal Qormsen bildirib: “Onlar istifadəçilərinin şəxsi məlumatlarını lazımi təzminat ödəmədən ələ keçirirlər. Məncə, istifadəçilər həmin şərtlərə və müddəalara razılıq verərkən bunun nə qədər ədalətsiz olduğunu tam dərk etmirlər”.

2015-ci il 1 oktyabr tarixindən 2019-cu il 31 dekabrınadək dövrün əhatə etdiyi iddiada “Meta”nın 1998-ci il Rəqabət Qanununu pozduğu, feysbuka pulsuz girişə şərait yaradaraq, istifadəçilərin şəxsi məlumatlarını reklamçılara verməklə külli miqdarda gəlir götürdüyü göstərilir.

İstinadlar Report