Məşhur Sovet və Rusiya aktyoru Andrey Myaqkov 82 yaşında vəfat edib.

Bu barədə Çexov adına Moskva Bədii Teatrının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Andrey Myaqkov Eldar Ryazanovun 1975-ci ildə çəkdiyi “Taleyin ironiyası və ya həmişə təmizlikdə” filmi ilə məşhurlaşıb. Aktyoru Sovet tamaşaçısına sevdirən isə 1977-ci ilə çəkilən “İşdə məhəbbət macərası” filmi olub.