“Dell Technologies”, “HP”, “Microsoft” və “Intel” şirkətləri ABŞ Prezidenti Donald Trampın Çindən tədarük edilən noutbuk və planşetlərin idxalına rüsum qoyulan malların siyahısına daxil edilməsi ilə bağlı təklifinə qarşı çıxıblar.

ABŞ-da klaviaturası ayrılan noutbuk və planşetlərin satışının 52 faizinin payına sahib “Dell”, “HP” və “Microsoft” şirkətləri bəyan edib ki, təklif olunan rüsumlar ölkədə noutbukların qiymətinin bahalaşmasına səbəb olacaq.

Dörd şirkətin internetdə yerləşdirilən birgə bəyanatında deyilir ki, bu addım istehlakçılara və sahəyə ziyan vuracaq və ABŞ Ticarət Nümayəndəliyinin (USTR) düzəltmək istədiyi Çin ticarət siyasəti praktikasına şamil edilməyəcək.

Nizam Nuriyev

İstinadlar ict news