
“Zara”, “Pull&Bear”, “Bershka” və “Massimo Dutti” brendlərinin daxil olduğu “Inditex” holdinqinin təsisçisi Amansio Orteqa “Microsoft”un təsisçisi Bill Qeytsi geridə qoyaraq “Forbes”in versiyası üzrə planetin ən varlı adamları reytinqində birinci olub.
Bakı vaxtı ilə 22.05-ə olan vəziyyətə görə, Orteqa siyahıda birinci yeri tuturdu, onun varidatı isə 78 mlrd. dollar məbləğində qiymətləndirilirdi.
“Forbes”in qiymətləndirməsinə görə, Bill Qeytsin var-dövləti 77,7 mlrd. dollara çatıb.
Reytinq real vaxt rejimində yenilənir və birja hərraclarının nəticələrini nəzərə alır.