Şabran rayonunda dünən axşam saatlarında meşədə tapılan qadın meyidinin kimə məxsus olduğu müəyyənləşib.

Cəsəd Ağalıq kəndi ərazisindən keçən magistral yoldan xeyli içəridə meşə massivində aşkarlanıb.

Aparılan ilkin araşdırmalar nəticəsində onun Şabran rayon sakini, 42 yaşlı Sevda  Vaqif qızı Xudiyeva olduğu müəyyənləşib.

Faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırma aparılır.

Emin Kərimov

İstinadlar Qafqazinfo