“Payız əkin mövsümü   çərçivəsində  ölkənin bütün regionlarını əhatə edən meşəbərpa tədbirləri bu gün Şəki, Qəbələ, Şamaxı, Şabran, Sabirabad və Masallı rayonlarının açıq və seyrək meşə fondu torpaqlarında aparılıb”.

Bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov deyib.

O bildirib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən gün ərzində sözügedən rayonların meşə ərazilərində ümumilikdə 15 000-dən artıq müxtəlif növ ağac əkilib, 1 ton toxum səpilib.


İstinadlar Qafqazinfo