Almaniya kansleri Fridrix Merts hazırda Rusiya – Ukrayna münaqişəsinin başa çatması üçün “kiçik bir ehtimal”ın olduğunu hesab edir.

Bu barədə o, ARD telekanalına müsahibəsində bildirib.

Hökumət başçısı münaqişənin dayanmalı olduğunu vurğulayıb. “İnanıram ki, indi, kiçik də olsa, bir ehtimal var”, – Merts söyləyib.

O, Almaniyanın Ukraynaya dəstəyini davam etdirəcəyinə təminat verib: “Ukrayna bundan sonra da Berlinin dəstəyinə güvənə bilər. Ukrayna ordusunun gücləndirilməsi Avropa müttəfiqləri və “Ramştayn” formatı üçün əsas prioritetdir. Almaniya Ukraynaya təkcə maliyyə dəstəyi verməyəcək, həm də sülh prosesinə fəal şəkildə töhfə verəcək. Mənə, bizə, Avropaya, Almaniyaya güvənə bilərsiniz. Almaniya sizi maliyyə cəhətdən dəstəkləməyə davam edəcək. Biz Ukraynaya danışıqlar prosesində atəşkəs və sülh əldə etmək üçün kömək edəcəyik” – o, əlavə edib.

Xatırladaq ki, daha əvvəl kansler, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniya və Polşanın baş nazirləri Kir Starmer və Donald Tuskun mayın 10-da Avropa ölkələrinin yaxın vaxtlarda Amerikanınkına bənzər atəşkəs təşəbbüsü ilə çıxış etmək niyyətində olduqları barədə məlumatlar fonunda Kiyevə gəliblər. Onlar Ukrayna lideri Volodimir Zelenski ilə görüşüblər və bu görüşdə Ukraynada cari vəziyyəti müzakirə ediblər.

İstinadlar Report