
Türkiyənin Mərsin şəhərinin Yenişəhər rayonunda minik avtomobilinin heyvan bazarına soxulması biri ağır olmaqla səkkiz nəfərin yaralanması, 20 xırda buynuzlu heyvanın isə tələf olması ilə nəticələnib.
Bu barədə “Anadolu” agentliyi bildirib.
Məlumata görə, hadisə rayonun Dəniz məhəlləsində baş verib.
“Sürücüsünün kimliyi bəlli olmayan avtomobil <…> hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı qurbanlıq heyvan bazarına soxulub <…> Qəzada biri ağır olmaqla səkkiz nəfər, o cümlədən bir uşaq yaralanıb. 20 xırda buynuzlu heyvan tələf olub”, – telekanal nəql edib.
Qeyd olunub ki, yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara aparılıblar.