Azerbaycan24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Bakıda mağazadan 20 min manat oğurlayan şəxs saxlanılıb
  • Prezidentdən “Bakı Ürək Günləri”nin iştirakçılarına müraciət
  • Aqrar Sığorta Fondu: Fermerlərə dəymiş zərərlə bağlı 120-dən artıq müraciət daxil olub
  • Paşinyanın Azərbaycanın adından Putini qəzəbləndirən təhlükəli oyunu
  • Bərdədə traktorun qoşqusundan yıxılaraq xəsarət alan gənc xəstəxanada ölüb
  • Londonda üç iranlı qanunu pozmaqda ittiham olunublar
  • Ötən günün qurbanları 20 min manat itirdi…
  • Sən 5000 maaşla maşın ala bilmirsənsə, 500 m alanlar nə etsin?!
  • Azərbaycanda istehlak bazarı 5 %-dən çox artıb
  • Mübahisəli cərimələr zamanı – Nə etməli? – VİDEO
  • Prezidentdən “Bakı Ürək Günləri”nin iştirakçılarına müraciət
  • Paşinyanın Azərbaycanın adından Putini qəzəbləndirən təhlükəli oyunu
  • Londonda üç iranlı qanunu pozmaqda ittiham olunublar
  • Sən 5000 maaşla maşın ala bilmirsənsə, 500 m alanlar nə etsin?!
  • Mübahisəli cərimələr zamanı – Nə etməli? – VİDEO
  • “ Vopşe”, “tak çto”, “znaçit” kimi sözləri də dilimizin lüğətinə daxil etməliyik”
  • “Professorlara verilən 1000 ₼ maaşla ailə dolandırmaq olmaz”
  • Türkiyədə küçədə azərbaycanlı qadını öldürən şəxsə – Ömürlük həbs!
  • Rusiyanın Ukraynaya endirdiyi zərbələr nəticəsində səkkiz nəfər ölüb
  • Boliviya polisi keçmiş prezidentin tərəfdarlarına gözyaşardıcı qaz tətbiq edib
  • ABŞ nüvə silahlarını saxta hədəflərdən fərqləndirə biləcək peyklər hazırlayır
  • Kim Çen In ordunu müharibəyə hazır olmağa çağırıb
  • Liviyada Milli Birlik Hökumətinin azı üç naziri etirazlar fonunda istefa verib
  • ABŞ ilin sonunadək Avropadakı qoşunlarının ixtisarı barədə danışıqlara başlayacaq
  • Fransa BMT məhkəməsində İrana qarşı iddia qaldırıb
  • “Baş Qərargah rəisi “elə cavab verdik ki, indi atəşkəs üçün yalvarırlar” dedi
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Mərmi atəşi altında yaşayan sakinlər: “Əmr verilsin, gedək döyüşək” – VİDEO
28/04/2016 20:42
Mübahisəli cərimələr zamanı – Nə etməli? – VİDEO
17/05/2025 11:56
“Dedim, qoy məni elə öldü bilsinlər” – 9 ay sonra tapılan Kənan – VİDEO
16/05/2025 22:11
Prezidentin bugünkü görüşlərinin – Videoicmalı
16/05/2025 19:41
Hamının “film çəkirlər” dediyi kameralar bunun üçün imiş – Video
16/05/2025 16:11
Prezidentləri güldürən sürpriz… – Video
16/05/2025 15:10
Azərbaycan Ordusu silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçib – VİDEO
16/05/2025 11:50
Paşinyan İTV-yə müsahibə verdi – Video
16/05/2025 08:02
6 il əvvəl yanan “Diqlas”ın yerində nə tikiləcək? – VİDEO
15/05/2025 21:17
Sumqayıtda nasaz avtobus yük maşını ilə toqquşdu – Video
15/05/2025 15:50
Zelenski Ankaradadır – Video
15/05/2025 14:05
10.4 kilometr magistral su xətti çəkilir – Video
15/05/2025 12:47
Liftdə qalan 5 nəfər xilas edildi – Video
15/05/2025 09:41
“Avtoş”luq edən şəxs həbs olundu – Video
14/05/2025 16:14
Şəhərin mərkəzində ağac hərəkətdə olan maşınların üstünə aşdı – Video
14/05/2025 15:03
FHN-in Gəncə Regional Mərkəzi təlim keçirdi – Video
14/05/2025 13:08
Abşeronda əməliyyat keçirilib, 48 kq narkotik aşkarlanıb – Video
14/05/2025 12:42

Video xəbərlər

  • Mübahisəli cərimələr zamanı – Nə etməli? – VİDEO
  • “Dedim, qoy məni elə öldü bilsinlər” – 9 ay sonra tapılan Kənan – VİDEO
  • Prezidentin bugünkü görüşlərinin – Videoicmalı
  • Hamının “film çəkirlər” dediyi kameralar bunun üçün imiş – Video
  • Prezidentləri güldürən sürpriz… – Video

Sorğu

Ermınistanla necə bir münasibət istəyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

17/05/2025
12:44 Bakıda mağazadan 20 min manat oğurlayan şəxs saxlanılıb
12:35 Prezidentdən “Bakı Ürək Günləri”nin iştirakçılarına müraciət
12:28 Aqrar Sığorta Fondu: Fermerlərə dəymiş zərərlə bağlı 120-dən artıq müraciət daxil olub
12:28 Paşinyanın Azərbaycanın adından Putini qəzəbləndirən təhlükəli oyunu
12:26 Bərdədə traktorun qoşqusundan yıxılaraq xəsarət alan gənc xəstəxanada ölüb
12:23 Londonda üç iranlı qanunu pozmaqda ittiham olunublar
12:05 Ötən günün qurbanları 20 min manat itirdi…
12:02 Sən 5000 maaşla maşın ala bilmirsənsə, 500 m alanlar nə etsin?!
11:58 Azərbaycanda istehlak bazarı 5 %-dən çox artıb
11:56 Mübahisəli cərimələr zamanı – Nə etməli? – VİDEO
11:50 “ Vopşe”, “tak çto”, “znaçit” kimi sözləri də dilimizin lüğətinə daxil etməliyik”
11:44 Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı – Narazı qaldı
11:41 Özbəkistan Prezidenti Macarıstan və Sloveniyaya səfərlər edəcək
11:36 “Professorlara verilən 1000 ₼ maaşla ailə dolandırmaq olmaz”
11:35 Ərdoğan Azərbaycanla əməkdaşlığa dair üç sazişi təsdiqləyib
11:17 Cahangir Məmmədlinin yeni kitabı çap edildi – Foto
11:11 Gəncədə restoranda 31 yaşlı şəxsi bıçaqlamaqda şübhəli bilinən gənc saxlanılıb
10:50 Türkiyədə küçədə azərbaycanlı qadını öldürən şəxsə – Ömürlük həbs!
10:44 Azərbaycan neftinin qiyməti artıb
10:41 Azərbaycan Universitetində Özbəkistan nümayəndə heyəti ilə görüş – Fotolar
10:35 Rusiyada I Rusiya-Ərəb sammiti keçiriləcək
10:32 Ötən gün bank kartlarından 20 min manatdan çox pul oğurlanıb
10:26 FHN-in Cənub Regional Mərkəzi təlim keçirib
10:23 Cənubi Koreyanın sabiq prezidenti seçkilər ərəfəsində partiyadan çıxıb
10:14 Corablarında 40 min dollarla tutulmuşdu – Azadlığa buraxıldı
09:56 Bu yol bağlandı
09:46 Şəkidə yeni şəlalə aşkarlandı
09:44 Aygün Səmədzadəyə vəzifə verildi
09:23 Rusiyanın Ukraynaya endirdiyi zərbələr nəticəsində səkkiz nəfər ölüb
09:02 OMİD Göyçay mağazasında “Super Lotereya”nın uduş fondu oynanılacaq
08:59 Ağ Ev “Moody’s”in ABŞ-nin reytinqini aşağı salmasını şərh edib
08:44 Boliviya polisi keçmiş prezidentin tərəfdarlarına gözyaşardıcı qaz tətbiq edib
08:26 ABŞ-də atışma zamanı iki nəfər ölüb, xəsarət alanlar var
07:53 ABŞ nüvə silahlarını saxta hədəflərdən fərqləndirə biləcək peyklər hazırlayır
07:17 NBC: Tramp Qəzzadan 1 milyon fələstinlini Liviyaya köçürmək istəyir
06:44 Kim Çen In ordunu müharibəyə hazır olmağa çağırıb
05:50 Tramp: İranın nüvə enerjisinə ehtiyacı yoxdur
05:17 Fransa kontingenti Seneqaldakı daha bir hərbi bazanı tərk edib
04:08 Liviyada Milli Birlik Hökumətinin azı üç naziri etirazlar fonunda istefa verib
03:47 Tramp Putinlə görüşəcəyinə əmindir
03:20 ABŞ ilin sonunadək Avropadakı qoşunlarının ixtisarı barədə danışıqlara başlayacaq
03:02 İsrailin müdafiə naziri Yəmənin husi liderini öldürməklə hədələyib
02:17 Fransa BMT məhkəməsində İrana qarşı iddia qaldırıb
01:29 “Baş Qərargah rəisi “elə cavab verdik ki, indi atəşkəs üçün yalvarırlar” dedi
00:29 Ağdaşda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var
16/05/2025
23:59 Zelenski: Danimarka Ukraynaya 26-cı hərbi yardım paketini hazırlayır
23:44 Özbəkistanda kimya zavodunda sızma olub, 10-a yaxın insan zərər çəkib
23:32 CNN: İstanbul danışıqları gözləniləndən daha müsbət nəticə verib
23:20 Restorandakı nahar onlara 100 min dollar qazandırdı
23:05 ABŞ-də 11 məhbus həbsxanadan qaçıb
22:50 Prezident İlham Əliyevin Albaniyaya səfəri başa çatıb
22:29 AKP-nin sözçüsü: PKK-nın bütün qolları silahları təhvil verməlidir
22:14 Kallas: Rusiyaya təzyiqləri davam etdirmək üçün sanksiyalar və siyasi təcrid zəruridir
22:13 Slutski: Rusiya – Ukrayna danışıqlarının növbəti raundu atəşkəsə həsr olunacaq
22:11 “Dedim, qoy məni elə öldü bilsinlər” – 9 ay sonra tapılan Kənan – VİDEO
21:59 Paşinyan və Makron Tiranada görüşüblər
21:58 Türkiyədə onlarla şagird dönərdən zəhərlənib
21:55 62 yaşlı qadın parkda öldü
21:53 “Onların hamısı soyuqdan donurdu”
21:32 Ermənistanda bir neçə polis əməkdaşı mənimsəmə cinayətinə görə həbs edilib

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Mərmi atəşi altında yaşayan sakinlər: “Əmr verilsin, gedək döyüşək” – VİDEO

Multimedia 28/04/2016 20:42
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Son üç gündür ki, Ermənistan ordusu tərəfindən atəşə tutulan Tərtər rayonuna ezam olunmuş reportyorlarımız yazır: “Düşmən əsasən dinc sakinləri hədəfə alır”
Aprelin 27-dən 28-nə keçən gecə erməni silahlı qüvvələri tərəfindən Tərtər rayonunun yaşayış məntəqələri ağır artilleriya silahlarından atəşə tutulub.

Düşmən, atəşkəsi kobud şəkildə pozmaqla yanaşı, adi savaş qaydalarına da əməl etməyərək, əsasən yaşayış məntəqələrini, sakinlərə məxsus obyektləri hədəfə alır. Qeyd etdiyimiz tarixdə düşmənin atəşi nəticəsində Tərtər rayonunda ümumilikdə 58 yaşayış məntəqəsi, 2 orta məktəb, 1 ərzaq dükanına ciddi zərər dəyib.

Düşmənin atəşi nəticəsində yaşadıqları evləri qəzalı vəziyyətə düşmüş rayon və kənd sakinlərinin bəzilərinin evində olduq. Sakinlər düşmənin təxribatlarına baxmayaraq, bir qarış da olsun torpaqlarından vaz keçməyəcəklərini, yalnız irəli getməyi düşündüklərini söylədilər.

Rayon sakini Elman Alməmmədov: “Biz ordumuza və onun gücünə inanırıq. Keçmiş döyüşçüyəm və indi də cəbhəyə gedib, vətənimizi düşmən tapdağından azad etməyə hazıram. Təkcə mən yox, bütün Tərtər rayonunun kişiləri bu fikirdədir. Biz artıq irəliyə getməkdən başqa heç nə düşünmürük. Düşmən anlasın ki, hər birimiz türk əsgəriyik və ancaq irəli getməyi düşünürük “.

Tərtər rayonunda düşmən atəşindən ən çox zərər görmüş kənd Hacıqərvənddir. Kənddə bir gecədə 14 ev, 1 mağaza düşmən hədəfinə tuş gəlib. Lakin orada da olduğumuz zaman, sakinlərin yalnız düşməndən qisas almağı düşündüklərini öyrəndik. Düşmən yuxarıda da qeyd etdiyimiz kimi artilleriya silahlarından atəş açıb və bu atəş nəticəsində sakinlərin təkcə evləri deyil, təsərrüfatlarına da ciddi ziyan dəyib.

Oxumağa dəyər:   İlham Əliyev Albaniyada Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri ilə görüşüb

Kənd sakini Asif Əliyev Hüseyn oğlunun bankdan kredit götürərək aldığı 3 inəyindən biri ölüb, digər ikisini isə qəlpə ölümcül hala salıb:

“Düşmənin artilleriya atəşi nəticəsində təkcə mal-qaram deyil, əkin sahəm, yaşadığım ev yararsız vəziyyətə düşüb. Gecə saat 3 radələrində məni küçəyə çağırdılar. Elə həmin vaxt da mərmi düşdü. Əgər küçəyə çıxmasaydım, mən də həyatımı itirərdim”.

Evi qəzalı vəziyyətə düşən kəndin digər sakini Əziz Alişanovun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, rayon icra hakimiyyətinin nümayəndələri operativ şəkildə işləyərək, onlara dəymiş zərərin miqdarını hesablayıb, eyni zamanda atəş nəticəsində zərər dəymiş kommunal xətləri bərpa ediblər.

Yuxarıda da qeyd etdiyimiz kimi düşmən rayonun iki orta məktəbinin binasını da hədəfə alıb. Ərazisinə mərmi düşün 6 saylı orta məktəbin direktoru Azad Abbasov söylədi ki, düşmənin atəşi nəticəsində məktəbə çox ciddi ziyan dəyib: “2 sinif, 1 kompüter otağı tamamilə dağılıb. Məktəbin bütün şüşələri qırılıb. Əraziyə düşən iki mərminin biri məktəbin həyətinə, digəri isə arxasındakı yaşayış evinə tuş gəlib. Ümumilikdə təhsil ocağımıza çox ciddi ziyan dəyib”.

Tərtərdə mövcud vəziyyətlə əlaqədar rayon icra hakimiyyətində də olub, icra başçısı Müstəqim Məmmədovun da fikirlərini aldıq. M. Məmmədov musavat.com-a bildirdi ki, bir çox saytlar yalan məlumat yayaraq, guya sakinlərin yaşayış yerlərini tərk etdiklərini yazırlar:

Oxumağa dəyər:   ATU-nun tələbəsi vəfat etdi - Foto

“Lakin sizi əmin edirəm ki, bu belə deyil. Tərtər sakinləri yalnız irəli, düşmənin üzərinə getməyi düşünürlər. 27 aprel tarixində gecə saat 23:00-dan başlayaraq, 28 aprel gecə saat 4 radələrinə qədər təmas xəttində yerləşən Tərtər şəhəri və onun 11 yaşayış məntəqəsi, düşmənin artilleriya zərbəsinə məruz qalıb. Düşmən iriçaplı silahlardan, “Qrad” qurğusundan və toplardan yaşayış məntəqələrini vurmaqla məşğuldur. Bu isə göstərir ki, onların məqsədi əhali arasında çaşqınlıq yaratmaqdır. Bütün bunlara baxmayaraq, əhalimiz yerindədir. Kəndlərdə kommunal xətlər dağıdılsa da, tezliklə tərəfimizdən bərpa olundu. Hazırda əhalinin həm elektrik, həm də qaz xətlərində heç bir problem yoxdur”.

İcra başçısı əlavə edib ki, rayonda olan bütün 2 və 5 mərtəbəli ictimai yaşayış binalarının zirzəmiləri təmizlənib və sığınacaq halına gətirilib: “Lazım olduqda oradan da istifadə edə bilərik. Ümumilikdə Tərtər rayonunda içməli su və kanalizasiya sisteminin layihəsi davam etdirilir. Kəndlərimizdə əhali kənd təsərrüfatı işləri ilə məşğuldur. Bir daha qeyd edirəm ki, bütün sakinlərimiz, icra nümayəndələri öz yerlərindədirlər”.

Tərtər rayonuna bu gün Müdafiə Nazirliyinin əməkdaşları da gəlmişdilər. Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı musavat.com-a deyib ki, ermənilərin bir qayda olaraq, yaşayış məntəqələrimizi vurması dinc əhaliyə təhlükə yaradır: “Hərbiçi, mülki vətəndaşlarla deyil, hərbiçi ilə müharibə aparmalıdır. Ermənilər isə bilincli və məqsədli şəkildə Ağdamın, Tərtərin dinc sakinlərinin yaşadıqları ərazilərə, məktəblərə atırlar. Bunun adı erməni barbalığıdır. Bizim atdığımız hər bir mərmi yüksək dəqiqliyə malik silahlardan atılır. Ermənilər haradan atəş açırlarsa, bizim hərbi qulluqçularımız da o istiqamətə cavab atəşi açırlar. Ermənilər isə bir başa yaşayış məntəqələrini hədəfə alırlar”.

Oxumağa dəyər:   Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı - Narazı qaldı

Belə olan təqdirdə, onları qorumaq məqsədi ilə yerli sakinlərin köçürülməsi zərurəti yaranırmı? Müdafiə Nazirliyinin sözçüsü musavat.com-un sualına bu cavabı verib:

“Ağdam və Tərtər əhalisində bir halın şahidi oldum ki, insanlar ancaq irəli getmək haqqında, düşməni məhv etmək barədə düşünürlər. Aprelin əvvəllərində bizim əhalinin, xüsusilə gənclərin nə qədər silahlı qüvvələrimizə kömək etməyə hazır olduqlarını gördük. Biz onların qarşısını alırdıq ki, ehtiyac yoxdur. Yəni Ali Baş komandanımızın Silahlı Qüvvələrimizə göstərdiyi diqqət və qayğını hər kəs görür. Biz ordumuza yardım etmək istəyən əhalimizə də öz minnətdarlığımızı bildiririk. İnsanlarımız ön xətdə olan hərbi qulluqçularımızla hər şeylərini paylaşmağa, o cümlədən qan bankına qan verməyə belə hazırdırlar. Bütün bunların hamısı bizə mənəvi dəstəkdir. Mənəvi dəstək isə bizim üçün ən əsas haldır. 18-20 yaşındakı əsgərlərimizin sadəcə olaraq gözlərini görmək lazımdır, o gözlərdən ancaq düşməni bu torpaqlardan qovmaq istəyi oxunur. Düşmənin nə söyləməsindən asılı olmayaraq, işğaldan azad olunan bütün məntəqələr, düşmənin hər bir hərəkəti tərəfimizdən nəzarətdə saxlanılır. Lazım olan məqamda da gələn zərblərə cavab zərbəsi endiririk”.(musavat.com)

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Mübahisəli cərimələr zamanı – Nə etməli? – VİDEO

Multimedia 17/05/2025 11:56
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycanda bəzi sürücülərin üzləşdiyi ən ciddi problemlərdən biri də mübahisəli cərimələrdir.

Bununla əlaqədar İTV sujet hazırlayıb.

Belə sürücülərdən biri də Roman Heydərlidir. O iddia edir ki, 2023-cü ildən ölkədə olmayan adamla 2025-ci ilin aprelində radara düşüb: “Mən nə qədər irad bildirdim. Dedilər ki, texniki səhvdir. Neçə gündür əlaqə saxlayıram, heç bir dəyişiklik yoxdur. Cərimə də yerində qalıb”. 

Şikayətçinin sözlərinə görə, bundan əvvəl də başqa cür cərimələnib: “İllərdir istifadə etmədiyim, texniki baxış, sığorta olunmayan, tam yararsız, xarab maşını təmir etmək üçün yolun hərəkət hissəsi olmayan yerdə saxlamışdım. Maşının kapot hissəsi açıq, usta işləyən yerdə yanımızdan DYP maşını keçdi. Onlar da avtomatik çəkiliş edirlər. Bir az keçəndən sonra gördüm ki, adıma cərimə gəlib”.

Ekspert Yasin Mustafayev deyir ki, belə halların baş verməsinə səbəb həm texniki problemlər, həm də məsələnin düzgün araşdırılmaması ola bilər: “Belə olan hallarda sürücü müəyyən addımlar ata bilər. Hər bir sürücü özünə elektron kabinet açsın. Orada “şikayət et” bölməsindən istifadə etsinlər. Etmədikləri xətalarla bağlı protokol tərtib olunubsa, şikayət edə bilərlər. Bununla da onların adına tərtib olunan protokol ləğv oluna bilər”.

Oxumağa dəyər:   ATU-nun tələbəsi vəfat etdi - Foto

Hüquqşünas Esmira Rzayevanın sözlərinə görə, vətəndaş ona hansı xətanı törətdiyi və hansı cərimə yazıldığına dair protokol tələb edə bilər: “Əgər vətəndaş hesab edirsə ki, həmin xətanı o törətməyib, bu zaman məhkəmə qaydası ilə həmin protokolun ləğv edilməsi və tərtib olunmuş cərimənin silinməsini tələb edə bilər”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, sürücülərin törətdikləri xətaya görə qeydiyyatını təmin edən elektron sistemin dəqiqliyi və şəffaflığı davamlı olaraq diqqətdə saxlanılır.

Ətraflı İTV-nin videomaterialında:

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Dedim, qoy məni elə öldü bilsinlər” – 9 ay sonra tapılan Kənan – VİDEO

Multimedia 16/05/2025 22:11
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, ötən il dənizdə boğularaq öldüyü xəbəri yayılmış Bakı sakini Kənan Qurbanlı 9 aydan sonra sağ tapılıb.

O, “Xəzər Xəbər”ə başına gələn hadisə, indiyə kimi harada olduğu və digər məsələlər barədə açıqlama verib.

Kənan Qurbanlı ötən ilin avqust ayının 19-da ailəsi ilə birgə dənizə çimməyə gedib. Çimərlik geyimində dənizə girən Kənan anidən gözdən itib. Valideynləri ilə yanaşı, hər kəs onun dənizdə boğulduğunu düşünüb.

Həmin vaxtdan dənizdə Kənanın nəşinin axtarışları davam edirdi. Ancaq tapılmırdı ki, tapılmırdı.

İndi baş verənlər isə onun öldüyünü düşünən ailəsi üçün əsl sürpriz olub. Çünki Kənan düz 9 aydan sonra dünən sağ-salamat evlərinə qayıdıb. O, 9 aydır ki, gizlənməyinin səbəblərini izah edib və həmin gün əslində suda boğulduğunu, onu tanımadığı bir nəfərin xilas etdiyini iddia edir.

Kənan bildirir ki, gizlənmək üçün Sumqayıtı seçib. O, bələdiyə işçilərinin ona paltar verdiyini deyir. Bir neçə gün parkda yatdıqdan sonra əsl sənəti skripka ifa etmək olan Kənan inşaatda özünə iş də tapıb.

Oxumağa dəyər:   İlham Mirzəliyev: "Bakıda 16 mərtəbəli bina üçün fərdi qazanxana səmərəli sayılmır"

Kənan nəhayət 9 aydan sonra evinə qayıtmağa qərar verib.

Kənan artıq hər şeyin yaxşı olduğunu, baş verənlərin geridə qaldığını bildirir.

Mövzu ilə bağlı daha ətraflı süjetdə:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Prezidentin bugünkü görüşlərinin – Videoicmalı

Multimedia 16/05/2025 19:41
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Albaniyanın paytaxtı Tiranada “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısı çərçivəsində bir sıra görüşlər keçirib.

“Qafqazinfo” həmin görüşlərin qısa videoicmalını təqdim edir:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Hamının “film çəkirlər” dediyi kameralar bunun üçün imiş – Video

Multimedia 16/05/2025 16:11
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Son günlər paytaxtda nəqliyyat axınının güclü olduğu bir sıra yollarda quraşdırılmış kameralar hərəkət iştirakçılarının marağına səbəb olub.

Sosial şəbəkələrdə yayılan videolarda yolların kənarında və ortasında ştativ üzərində quraşdırılmış kameraları görmək mümkündür. İşçilər tərəfindən idarə edilən bu kameraların hansı funksiyanı yerinə yetirməsi isə suallar yaradıb.

Məlum olub ki, bu kameralar yol polisinə məxsus deyil. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov sorğumuza cavab olaraq bildirdi ki, yollardakı çəkilişlər təmsil etdiyi qurum tərəfindən aparılır: “AYNA tərəfindən Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat modelinin yenilənməsi məqsədilə nəqliyyat axınlarının videoçəkilişi aparılır. Çəkiliş podratçı şirkətin əməkdaşları tərəfindən günün müxtəlif saatlarında həyata keçirilir”.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Prezidentləri güldürən sürpriz… – Video

Multimedia 16/05/2025 15:10
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Albaniyanın paytaxtı Tirana şəhərində “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimi keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Tədbirin bədii hissəsində maraqlı anlar yaşanıb.

Belə ki, Zirvə toplantısında iştirak edən liderlərin sünii intellektlə uşaqlıqları canlandırılıb. Onlar tədbir iştirakçılarına öz dillərində salamlarını çatdırıb. Bu isə zalda böyük maraqla qarşılanaraq dünya liderləri daxil olmaqla hər kəsin gülüşünə səbəb olub.

Həmin görüntüləri təqdim edirik:

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Azərbaycan Ordusu silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçib – VİDEO

Multimedia 16/05/2025 11:50
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

2025-ci ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun bütün qoşun növləri və hərbi hissələrində silahların, döyüş və xüsusi texnikaların, eləcə də aviasiya vasitələrinin yaz-yay mövsümü istismarı rejiminə keçirilməsi üzrə kompleks tədbirlər keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hərbi hissələrin texniki xidmət məntəqələrində silahların və texnikaların yaz-yay mövsümündə fasiləsiz, dayanıqlı istismarını təmin etmək məqsədilə iqlim şəraitinin xüsusiyyətləri də nəzərə alınmaqla yanacaq-sürtkü materialları dəyişdirilib, elektrik sistemlərinin vəziyyəti yoxlanılıb və onlara mövsümi qulluq göstərilib.

Keçirilən tədbirlər çərçivəsində hərbi hissələr mərkəzləşdirilmiş qaydada zəruri ehtiyat hissələri və avadanlıqlarla tam təmin edilib.

Qeyd edək ki, silahların və texnikaların yaz-yay mövsümü istismarı rejiminə keçirilməsi ilə əlaqədar bölmələrin döyüş qabiliyyətinin daha da artırılması, eləcə də döyüşə hazırlığının yüksək səviyyədə saxlanılması üçün planlaşdırılmış bütün tədbirlər təhlükəsizlik qaydalarına uyğun həyata keçirilib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Paşinyan İTV-yə müsahibə verdi – Video

Multimedia 16/05/2025 08:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasının (İTV) sualını cavablandırıb.

Azərbaycanlı jurnalistin Ermənistanın konstitusiyası ilə bağlı sualını cavablandıran Baş nazir qonşu ölkələrə qarşı heç bir ərazi iddialarının olmadığını bildirib:

“Bizim hələlik yeni konstitusiya layihəmiz yoxdur. Biz Azərbaycanın qaldırdığı məsələləri bilirik. Aydındır ki, bizim Konstitusiya Məhkəməsinin qərarına əsasən, bizim qüvvədə olan konstitusiyamızda qonşularımıza qarşı heç bir ərazi iddiaları yoxdur. Bu artıq hüquqi cəhətdən qeyd olunmuş faktdır”.

Ətraflı süjeti təqdim edirik:

InstagramdaInstagramda izlə
Telegram-da izlə

6 il əvvəl yanan “Diqlas”ın yerində nə tikiləcək? – VİDEO

Multimedia 15/05/2025 21:17
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

6 il əvvəl yanan “Diqlas”ın yerində yeni ticarət mərkəzi tikiləcək.

Hazırda tikinti üçün sənəd işləri hazırlanır.

Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən bildirilib ki, obyekt özəl mülkiyyətdir. Bu səbəbdən Nizami RİH bununla bağlı açıqlama vermir.

Daha ətraflı “Xəzərxəbər”in süjetində:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Sumqayıtda nasaz avtobus yük maşını ilə toqquşdu – Video

Multimedia 15/05/2025 15:50
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Sumqayıtda 3 nömrəli marşrut avtobusu yük maşını ilə toqquşub.

Hadisə Bakı-Quba yolunun 48-ci kilometrliyində baş verib.

Belə ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus olan 50-AE-761 dövlət nömrə nişanlı 3 nömrəli marşrut avtobus dönmə manevri edərkən yük maşını ilə toqquşub.

“Avtobusun sürücüsü Emin Barat oğlu Fərəcov körpü üzərində geridönmə əməliyyatı edən zaman Şahin Akif oğlu Güləliyevin idarə etdiyi 60-AC-496 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub.

Avtobus sürücüsü əsas yoldan gələn yük maşınını gözləməyib, yük maşının solunda nəqliyyat vasitəsi olduğu üçün sola hərəkət edə bilməyib və qəza qaçılmaz olub. Hadisə nəticəsində xəsarət alan olmayıb”, – rəsmi məlumatda qeyd edilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Zelenski Ankaradadır – Video

Multimedia 15/05/2025 14:05
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ankarada səfərdə olan ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşəcək.

Bu barədə məlumat Türkiyə liderinin bu gün üçün nəzərdə tutulan iş qrafikində yer alıb. 

Məlumata əsasən, günorta saatlarında Zelenskinin rəsmi qarşılanma mərasimi baş tutacaq. Bunun ardınca, tərəflər həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparacaq. 

Xatırladaq ki, bu gün İstanbulda buna paralel olaraq Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar keçiriləcək.

***

Zelenskini daşıyan təyyarə Türkiyə vaxtı ilə saat 12:14-də Ankara Esenboğa hava limanına eniş edib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

10.4 kilometr magistral su xətti çəkilir – Video

Multimedia 15/05/2025 12:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Ceyranbatan-Abşeron-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarın tikintisi” ilə bağlı işlər davam etdirilir.

Bakı şəhərinin, xüsusilə Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq məqsədilə həyata keçirilən mühüm infrastruktur layihələrindən biri də “Ceyranbatan-Abşeron-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarın tikintisi” layihəsidir.

Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksindən layihə üzrə yeni magistral su xəttinin inşasına Tikilməkdə Olan Obyektlərin Müdriyyəti tərəfindən başlanılıb.

Layihənin məqsədi Ceyranbatan su mənbəyindən Bakı və Abşeron ərazisinin dayanıqlı və keyfiyyətli su ilə təmin etmək və trassa boyu qəsəbələrə suyun çatdırılmasıdır. Həmçinin layihənin icrası su təchizatında təzyiqin sabitləşdirilməsinə, əhali sağlamlığının qorunmasına, regionun iqtisadi inkişafına, su təchizatı yaxşılaşan ərazilərdə sənaye və xidmət sahələrinin inkişafına və təxminən 100 mindən çox əhalinin keyfiyyətli su ilə təminatına şərait yaradacaq.

Yeni magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarın tikintisi çərçivəsində hər birinin tutumu 10.000 kub metr olan 4 ədəd su anbarının tikintisi nəzərdə tutulub. Hazırda 2 anbarın tikintisi üzrə işlər yekunlaşdırılıb, digərlərində isə tikinti-quraşdırma işləri davam etdirilir.  Magistral su kəməri üzrə isə tikinti işləri 47% tamamlanıb. 

Oxumağa dəyər:   ATU-nun tələbəsi vəfat etdi - Foto

İşlərin keyfiyyətlə yerinə yetirilməsi üçün texniki tələblərə uyğun olaraq boruların qaynaq edilmiş hissəsi ultrasəs aparatı vasitəsilə yoxlanılır və hər bir qaynaq tikişi üçün fərdi rəy verilir. Nəql olunacaq suyun keyfiyyət göstəricilərinin yüksək saxlanması və korroziyanın qarşısını almaq üçün kəmərlərin çəkilişində istifadə olunan borular daxildən xüsusi boya ilə örtüklənib.

Tədbirlər planına uyğun olaraq, ölkə əhalisinin keyfiyyətli içməli su ilə fasiləsiz təminatına nail olmaq məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.





İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Liftdə qalan 5 nəfər xilas edildi – Video

Multimedia 15/05/2025 09:41
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Paytaxtın Xətai rayonunun Cavanşir küçəsində və Nəsimi rayonunun Hüseyn Seyidzadə küçəsindəki doqquzmərtəbəli yaşayış binasının liftində vətəndaşlar köməksiz vəziyyətdə qalıb.

Bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, dərhal nazirliyin Bakı Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri müvafiq olaraq çağırış üzrə cəlb ediliblər.

Xilasedicilər xüsusi vasitələrlə liftlərin qapısını açaraq köməksiz vəziyyətdə qalan beş nəfər sakini xilas ediblər.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Avtoş”luq edən şəxs həbs olundu – Video

Multimedia 14/05/2025 16:14
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Şirvanda avtoxuliqanlıq edən şəxs tutulub.

Şirvan Şəhər Polis Şöbəsinin DYP Bölməsinin keçirdiyi tədbirlərlə “Chevrolet” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər hərəkət iştirakçılarına təhlükə yaradan Murad Əliyev saxlanılıb.

Yol patrul xidmətinin əməkdaşları tərəfindən sürücü barəsində tədbir görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə M.Əliyev sürücülük hüququ 1 il müddətə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şəhərin mərkəzində ağac hərəkətdə olan maşınların üstünə aşdı – Video

Multimedia 14/05/2025 15:03
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bu gün günorta saatlarında paytaxtın 28 May küçəsində böyük ağac aşaraq hərəkətdə olan avtomobillərin üzərinə düşüb.

Hadisəni əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. 

Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən sorğumuza cavab olaraq bildirildi ki, hazırda ərazidə təmizləmə işləri aparılır: 

“Məlumat daxil olan kimi Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları dərhal hadisə yerinə gediblər. Sınan ağacı kəsərək ərazini təmizləyiblər. Hazırda yol açılıb”. 



İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

FHN-in Gəncə Regional Mərkəzi təlim keçirdi – Video

Multimedia 14/05/2025 13:08
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi “Uçqun və dağıntılar altından zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib.

Təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən uçqun və dağıntılar altından zərərçəkmişlərin təxliyə edilməsidir. 

Bununla yanaşı, xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsidir.

Təlim zamanı xilasedicilər tərəfindən şərti uçqun və dağıntılar altından “zərərçəkmişlər” xilas edilərək onlara ilkin yardım göstərilib.
Uğurla keçirilmiş təlimin sonunda əldə olunmuş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.


İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Abşeronda əməliyyat keçirilib, 48 kq narkotik aşkarlanıb – Video

Multimedia 14/05/2025 12:42
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyatlar davam etdirilir.

Abşeron rayonunda keçirilən növbəti tədbir zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə dəfələrlə məhkum olunmuş 38 yaşlı Səyyad Hətəmov tutulub. Onun üzərinə və evinə baxış zamanı 48 kiloqram tərkibinə zərərli maddələr əlavə edilən marixuana, tiryək, 300 ədəd psixotrop tərkibli həb və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb.

S.Hətəmov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini və Qaradağ rayonu ərazisindəki gizli yerdən götürüb ayrı-ayrı ünvanlara çatdırmaqla maddi gəlir qazanmaq niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmə tərəfindən saxlanılan şəxs barəsində həbs qətimkan qərarı verilib.

Polis əməkdaşları tərəfindən ölkə ərazisində narkotiklərə qarşı mübarizə qətiyyətlə davam etdirilir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 17/05/2025 11:56

Mübahisəli cərimələr zamanı – Nə etməli? – VİDEO

Read more
Multimedia 16/05/2025 22:11

“Dedim, qoy məni elə öldü bilsinlər” – 9 ay sonra tapılan Kənan – VİDEO

Read more
Multimedia 16/05/2025 19:41

Prezidentin bugünkü görüşlərinin – Videoicmalı

Read more
Multimedia 16/05/2025 16:11

Hamının “film çəkirlər” dediyi kameralar bunun üçün imiş – Video

Read more
Multimedia 16/05/2025 15:10

Prezidentləri güldürən sürpriz… – Video

Read more
Multimedia 16/05/2025 11:50

Azərbaycan Ordusu silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçib – VİDEO

Read more
Multimedia 16/05/2025 08:02

Paşinyan İTV-yə müsahibə verdi – Video

Read more
Multimedia 15/05/2025 21:17

6 il əvvəl yanan “Diqlas”ın yerində nə tikiləcək? – VİDEO

Read more
Multimedia 15/05/2025 15:50

Sumqayıtda nasaz avtobus yük maşını ilə toqquşdu – Video

Read more
Multimedia 15/05/2025 14:05

Zelenski Ankaradadır – Video

Read more
Multimedia 15/05/2025 12:47

10.4 kilometr magistral su xətti çəkilir – Video

Read more
Multimedia 15/05/2025 09:41

Liftdə qalan 5 nəfər xilas edildi – Video

Read more
Multimedia 14/05/2025 16:14

“Avtoş”luq edən şəxs həbs olundu – Video

Read more
Multimedia 14/05/2025 15:03

Şəhərin mərkəzində ağac hərəkətdə olan maşınların üstünə aşdı – Video

Read more
Multimedia 14/05/2025 13:08

FHN-in Gəncə Regional Mərkəzi təlim keçirdi – Video

Read more
Multimedia 14/05/2025 12:42

Abşeronda əməliyyat keçirilib, 48 kq narkotik aşkarlanıb – Video

Read more
Multimedia 14/05/2025 11:38

Sumqayıtda yanğın – Video

Read more
Multimedia 14/05/2025 10:44

“Aygün Mall”dan 135 manatlıq gödəkçəni oğurlamışdı, tutuldu – Video

Read more
Multimedia 14/05/2025 10:05

Bakıda hərbçi pulunu ödəyə bilmədiyi maşınını yandırdı – Video

Read more
Multimedia 13/05/2025 14:32

Qəzalı körpünün yerində yenisinin inşasına başlanıldı – Video

Read more
Multimedia 13/05/2025 11:34

“Azərişıq” Ağstafa, Samux və Şəmkirdə köhnəlmiş elektrik şəbəkəsini yeniləyir – VİDEO

Read more
Multimedia 13/05/2025 09:59

Şəhidin 13 yaşlı qızı izdihamla dəfn edildi – Video

Read more
Multimedia 12/05/2025 16:23

Tahir Gözel Zambiyada rəqəmsal sahədə tərəfdaşlıq danışıqlarında iştirak edib – VİDEO

Read more
Multimedia 12/05/2025 10:08

Tanınmış bloqerlərə güvənib pullarından oldular… – Video

Read more
Multimedia 12/05/2025 10:02

Ötən həftə 16 azyaşlı xilas olunub – Video

Read more
Multimedia 11/05/2025 15:50

“Haber Global”: Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək – VİDEO

Read more
Multimedia 11/05/2025 12:38

Yeni açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi – Video

Read more
Multimedia 11/05/2025 10:35

Avtomobilin mühərrikində əli qaldı, belə xilas olundu – Video

Read more
Multimedia 10/05/2025 23:17

Prezidentin bugünkü çıxışının – Videosu

Read more
Multimedia 10/05/2025 11:59

Ceyhun Mirzəyevin qızı Rusiyada küçədə yaşayır – Video

Read more
Multimedia 10/05/2025 09:38

Polis Akademiyasının kursantlarından fləşmob – Video

Read more
Multimedia 09/05/2025 21:55

Prezidentlə xanımından səmimi – Görüntülər – VİDEO

Read more
Multimedia 09/05/2025 20:26

“Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyət Türkiyəyə yola düşüb – VİDEO

Read more
Multimedia 09/05/2025 19:38

Pakistan nümayəndə heyəti Milli Müdafiə Universitetində olub – VİDEO

Read more
Multimedia 09/05/2025 13:35

DİN-in kollektivi Heydər Əliyevin xatirəsini yad etdi – Video+Fotolar

Read more
Multimedia 08/05/2025 17:47

“Avtobusun rənginə görə biz əziyyət çəkirik” – Video

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2025 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla