Bu gün Mərkəzi Bank hərraca həmişəkindən 5-6 dəfə artıq dollar çıxaracaq.

Azərbaycan 24 fins.az-a istinadən xəbər verir ki, məqsəd bankların tələbatının ödənilməsi və dövriyyədə dollar kütləsinin artırılmasıdır.

Xatırladaq ki, Dövlət Neft Fondu hər həftənin 2-ci və 4-cü günləri  hərrac keçirir. Bu hərracda hər dəfə 50 milyon dollar olmaqla ümumilikdə həftə ərzində 100 milyon dollar satışa çıxarılırdı.  Amma bu bankların tələbatını ödəmir. Bununla bağlı bu gün, yəni sentyabr ayının 8-də  Neft Fondu 300 milyon dollar hərraca çıxaracaq.

Qeyd edək ki, hərrac “Bloomberg” platforması üzərindən Mərkəzi Bankın nəzarəti ilə həyata keçiriləcək.